Məlumatlar 25 yanvar 2023-cü il

Audiovizual və kütləvi nümayiş etdirilən əsərlərin, informasiyaların hazırlanması zamanı yol hərəkətinin təhlükəsizliyinə dair məsələlərin nəzərə alınması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin müraciəti

Axtarışda olan şəxs narkotik vasitənin təsiri altında avtomobil idarə edərkən saxlanılıb

17 mart 2022-ci il

DİN BDYPİ-nin Yol-Patrul Xidməti Alayının əməkdaşları Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində "Opel” markalı, 99-XJ-379 dövlət qeydiyyat nişanlı avtomobilin sürücünün hərəkətləri şübhə doğurduğundan nəqliyyat vasitəsini saxlayıb. İlkin araşdırmadan sonra  tibbi müayinəyə cəlb edilən sürücü Elnur Əliyevin narkotik vasitədən istifadə etməsi müəyyən olunub.

Bakı şəhər sakini Elnur Əliyev barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati protokol tərtib edilib, bununla yanaşı onun borclu qismində axtarışda olması da müəyyən edildiyindən o, Salyan Rayon Polis Şöbəsinə təhvil verilib.
xəbərlərin arxivi