Məlumatlar 25 yanvar 2023-cü il

Audiovizual və kütləvi nümayiş etdirilən əsərlərin, informasiyaların hazırlanması zamanı yol hərəkətinin təhlükəsizliyinə dair məsələlərin nəzərə alınması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin müraciəti

Respublikanın bir sıra rayonlarında yağan qar avtomobil yollarında çətinliklər yaradıb

18 mart 2022-ci il

Respublikanın bir sıra rayonlarında qarın yağması ilə əlaqədar DYP tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Hazırda DİN BDYPİ-yə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının əməkdaşları tərəfindən yol təsərrüfatı işçiləri ilə birgə Muğanlı-İsmayıllı yolunun Basqal qəsəbəsi ərazisində, eləcə də Bakı-Şamaxı-Yevlax yolunun “Muğanlı dairəsi” adlanan hissəsində qarın yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması üçün tədbirlər görülür, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik göstərilir.

Bunula yanaşı, digər avtomobil yollarında da sürücülərlə profilaktik söhbətlər aparılır, yollarda olan vəziyyət barədə onlara məlumat verilir.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi  bir daha sürücülərə müraciət edərək hava şəraitini düzgün qiymətləndirməyi, qar yağan bölgələrə səfərlər zamanı zəruri ehtiyyat tədbirləri görməyi xahiş edir.


Qeyd: Materiala aid videogörüntüləri “dyp.polisazerbaycan” instagram

           səhifəsindən əldə edə bilərsiz.
xəbərlərin arxivi