Məlumatlar 25 yanvar 2023-cü il

Audiovizual və kütləvi nümayiş etdirilən əsərlərin, informasiyaların hazırlanması zamanı yol hərəkətinin təhlükəsizliyinə dair məsələlərin nəzərə alınması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin müraciəti

Ağstafa rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi barədə DİN Baş DYP İdarəsinin məlumatı

29 mart 2022-ci il

Bu gün saat 11:50 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Ağstafa rayonunun Köçəsgər kəndi ərazisindən keçən 450-ci km-də Gəncə şəhər sakini  1989-cu il təvəllüdlü Həsənov Vüsal Asif oğlunun idarə etdiyi “Mercedes- Benz Sprinter” markalı, 20-EE-929 dövlət qeydiyyat nişanlı mikroavtobusla onunla eyni istiqamətdə hərəkətdə olan Şəmkir rayon sakini 1959-cu il təvəllüdlü Hüseynov Fərrux Həsən oğlunun idarə etdiyi “Volvo” markalı, 99-JZ-335 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər – Ağstafa rayon sakinləri 1961-ci il təvəllüdlü Məmmədova Familə Fərman qızı, 1966-cı il təvəllüdlü Əliyeva Mirvari Mikayıl qızı və paytaxt sakini 1962-ci il təvəllüdlü Nağıyev Mayıl Hüseyn oğlu hadisə yerində ölmüş, sürücü Vüsal Həsənov isə xəsarət almışdır.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi