Məlumatlar 16 may 2022-ci il

Bakı-Quba yolunda aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət

Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi barədə DİN-in Baş DYP İdarəsinin məlumatı

27 aprel 2022-ci il

Bu gün saat 03:15 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən keçən 65-ci kilometrliyində Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Əsədzadə İbrahim Qaraş oğlu nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi “Chevrolet” markalı, 99-PC-811 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə paytaxt istiqamətində hərəkətdə olarkən, yol kənarında saxladıqları avtomobildən düşüb piyada qismində dayanan Bakı şəhər sakinləri 1984-cü il təvəllüdlü Qurbanov Emil Məhəmməd oğlunu və 1967-ci il təvəllüdlü Cəfərov Səyavuş Əyyub oğlunu vurmuş, eyni anda sonuncuya məxsus “Mercedes” markalı, 90-CR-455 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çırpılmışdır.

Qəza nəticəsində S.Cəfərov və E.Qurbanov hadisə yerində həlak olmuşlar. Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onlardan xüsusilə günün qaranlıq vaxtı, eləcə də məhdud görünmə şəraitində avtomobillərinin dayanma, durma, yaxud parklanması zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxslərdən isə avtomobillərini təcrübəsiz və müvafiq idarəetmə hüququ olmayan şəxslərə etibar etməkdən çəkinməyi xahiş edir.

Unutmamalıyıq ki, səhlənkarlığın aqibəti hansısa faciənin ilkin mərhələsidir!
xəbərlərin arxivi