Məlumatlar 08 avqust 2022-ci il

Dövlət qeydiyyat nişanları və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yükdaşıma qaydalarını pozan yük avtomobillərinin sürücüləri saxlanıldı

Narkotik vasitənin təsir altında avtobus idarə edən şəxs ifşa olundu

24 may 2022-ci il

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında avtobus idarə edən Əfqan Ələsgərovun qanunazidd əməllərinin qarşısı alınıb.

Belə ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkətdə olan “Mercedes Bens” markalı, 99-OK-279  dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Əfqan Ələsgərov Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Əfqan Ələsgərovun narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.

Əfqan Ələsgərov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati  protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Əfqan Ələsgərov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.
xəbərlərin arxivi