Yol-nəqliyyat hadisələrinin təhlili beynəlxalq seminarda müzakirə olunub
06 iyun 2022-ci il
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaranmasının 14 illiyinə həsr olunmuş beynəlxalq seminar keçirilib.“Avtomobil konstruksiyasında dövri dəyişikliklər, xilasetmə problemləri” adlı seminarda iştirak edən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı tərəfindən “Yol-nəqliyyat hadisələrinin başvermə səbəb və şəraiti” mövzusunda tədbir iştirakçılarına geniş məlumat verilib. Analitik təhlillərə əsaslanaraq hazırlanmış çıxış maraqla qarşılanıb, bu barədə sosial mediada məlumatlar paylaşılıb.