Məlumatlar 30 iyun 2022-ci il

Avtomobillə normadan artıq yük daşıyan fiziki və hüquqi şəxslərə qarşı nəzarət tədbirləri gücləndirilir

Toy karvanında avtoxuliqanlıq edərək təhlükə yaradan şəxslər həbs olunub

09 iyun 2022-ci il

Toy karvanında hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdıqları üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən vaxtında aşkar edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb.

Belə ki, 7 iyun 2022-ci il tarixdə Bakı-Şamaxı yolunun 7-ci kilometrliyində, üzü paytaxt istiqamətində hərəkətdə olan toy karvanında iştirak edən 22 yaşlı Mircəlal Miradiyev və 27 yaşlı Elşad Eyvazov idarə etdikləri avtomobillərlə ictimai qaydanı nümayişkaranə şəkildə pozub digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratmaqla avtoxuliqanlıq əməli törətdikləri üçün Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən barələrində inzibati xəta haqqında protokollar tərtib edilərək, toplanmış materiallarla birgə baxılması üçün  Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə Mircəlal Miradiyev və Elşad Eyvazovu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilib və hər biri barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətə məhdudlaşdırılmaqla 1 ay müddətə inzibati həbs qərarı çıxarıb.

Yeni ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy karvanlarına qoşulan şəxslər digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını unutmamalı, əksinə bir neçə nəqliyyat vasitəsinin ahəngdar hərəkəti zamanı şəraitin daha da mürəkkəbləşdiyini nəzərə almalı, məsuliyyətsiz davranmaqla xoşagəlməz nəticələrə rəvac verməməlidirlər.

Toy karvanlarında nəqliyyat vasitələrinin sayının az olması, iştirakçıların bir hərəkət zolağı üzrə hərəkət etməsi, ara məsafəsi saxlaması, optimal sürət seçilməsi, sərxoş sürücülərin dərhal hərəkətdən kənarlaşdırılması tədbirin təhlükəsiz başa çatması üçün başlıca şərt olmaqla yanaşı, həm də dəyər verdiyimiz insanların ən xoş günlərinin xöşbəxt anlarla yadda qalmasına töhfə verən davranış olduğunu da unutmamalıyıq.
xəbərlərin arxivi