Məlumatlar 08 avqust 2022-ci il

Dövlət qeydiyyat nişanları və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yükdaşıma qaydalarını pozan yük avtomobillərinin sürücüləri saxlanıldı

DİN BDYPİ-nin “Siqnal” İLİİ layihələrin icrasını mərhələli şəkildə davam etdirir

29 iyun 2022-ci il

Yol infrastrukturunda  nizamlama vasitələrinin tətbiqi vəziyyətinin nəzarətdə saxlanılması və bu sahədə mövcud olan çatışmazlıqların aradan qaldırılması üzrə aidiyyəti vəzifələrin icrası Baş DYP İdarəsinin gündəlik fəaliyyətinin prioritetlərindəndir.

Dislokasiya ilə təhkim olunmuş avtomobil yollarında aparılan müayinələr, eləcə də DYP qurumlarından, media və ictimaiyyət nümayəndələrindən daxil olan məlumatlar əsasında hazırlanmış layihələrin icrası Baş idarəyə bilavasitə tabe olan “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi və onun regional istismar sahələrinin əməkdaşları tərəfindən mərhələli şəkildə həyata keçirilir.

Hazırda meteoroloji şərait nəzərə alınmaqla, respublikanın bir sıra regionlarında, o cümlədən Şirvan, İmişli, Cəlilabad, Zərdab və Lənkəranda istismar müddəti keçmiş, mənaları anlaşılmayan yol nişanlarının işıqqaytarıcı elementləri olan yeniləri ilə əvəz edilməsi, silinmiş nişanlanma xətlərinin, yol-cizgi işarələrinin bərpası həyata keçirilir.


xəbərlərin arxivi