Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

Saytın əsas versiyası

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yol-patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir


Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yol-patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Müsabiqədə yalnız hüqüq və avtomobil nəqliyyatına aid ixtisaslar üzrə ali və orta ixtisas təhsilinə, sürücülük vəsiqəsinə, kompüter texnologiyaları sahəsində müvafiq biliyə malik, Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatı olan, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, boyu 175 sm-dən aşağı, yaşı isə 20-dən aşağı, 30-dan yuxarı olmayan və digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Namizədlər yol hərəkəti qaydaları üzrə biliklərinin və sürücülük vərdişlərinin yoxlanması üçün nəzəri və praktiki imtahanlara cəlb olunur, onların kompüter texnologiyaları sahəsində bilik və bacarıqları mütəxəssislər tərəfindən öyrənilir. Namizədlərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə müvafiq komissiyalar tərəfindən yoxlanılır.
Müsabiqədə iştirak etmək üçün sənədlər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin inzibati binasında (Bakı şəhəri, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsi, kənar dairəvi yolun kəsişməsi) 2011-ci il sentyabrın 20-dən oktyabrın 20-dək hər gün (bazar günlərindən başqa) saat 10:00-dan 17:00-dək qəbul olunur.
Əlaqə telefonu: (012) 510 72 90
generated 0.044445991516113 seconds