Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

Saytın əsas versiyası

Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobili sürücüləri saxlanılıb

02.08.2022
“Shacman” markalı, 04-BK-532 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücü İsmayılov Emin Mətləb oğlu, “Howo” markalı, 99-LC-492 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücü Məmmədov Elman Əlican oğlu və “Howo” markalı, 49-BH-452 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücü Məmmədov Elşən Əliyusif oğlu yükdaşıma qaydalarını pozduqları halda polis əmədaşının saxla əmrinə tabe olmayıblar.

Daha sonra E.Məmmədov E.İsmayılov və E.Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Sürücülər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati  protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.