Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

Saytın əsas versiyası

Baş DYP İdarəsi məktəblilərlə “Yol Polisimizlə bir gün” adlı tədbir keçirib

01.12.2022
Ötən gün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə məktəblilər yol-patrul xidmətinin fəaliyyətilə yaxından tanış olmaq məqsədilə növbəti dəfə DYP-nin inzibati binalarına ekskursiya ediblər.

Qeyd edək ki, “Yol Polisimizlə bir gün” adlı tədbir «Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nın məqsədlərinə uyğun olaraq Azərbaycan Respublikasının  Daxili İşlər və Elm və Təhsil nazirliklərinin birgə əməkdaşlıq tədbirləri çərçivəsində həyata keçirilir.

Ekskursiyada Abşeron rayon Məhəmmədli kənd orta məktəbinin yüksək təhsil və intizam göstəriciləri ilə fərqlənən bir qrup şagirdi və onları müşayiət edən təhsil işçiləri iştirak edib.

İştirakçılar ilk olaraq Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin, daha sonra Ekoloji Nəzarət üzrə Yol-Patrul Xidməti Bölüyünün və DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin inzibati binalarına ekskursiya ediblər və onlara iş fəaliyyətini canlı izləmək imkanı da yaradılıb.

Məktəblilərə yol-patrul xidməti inspektorlarının xidməti fəaliyyəti, yol hərəkət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkəti üçün görülən tədbirlər, inzibati hüquqpozmalara, eləcə də cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri barədə nəzəri məlumatlar verilib, xüsusi texniki vasitələr nümayiş olunub.

Tədbirin keçirilməsində əsas məqsəd, yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı təhsil müəssisələrində aparılan maarifləndirmə işlərini daha da gücləndirmək, eyni zamanda yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında uşaq və yeniyetmələri aktiv iştirakçılığa cəlb etməkdir.


generated 0.04295802116394 seconds