Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

Saytın əsas versiyası

Sabirabad rayonu ərərzisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Baş DYP İdarəsinin məlumatı

24.02.2023
Bu gün  səhər saat 08:00  radələrində Hacıqabul-Horadiz avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən 41-ci km-də xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, “Mercedes” markalı, 77-GA-219 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü hərəkətdə olarkən yol çiynindən yolun hərəkət hissəsinə çıxmaq istəyən “Atego” markalı, 99-JL-056 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub.

Qəza zamanı mikroavtobusda olan bir nəfər sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
generated 0.030761957168579 seconds