Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

Saytın əsas versiyası

Baş Dövlət Yol Polisi İdarəsinin Məlumatı

03.03.2023
Bu gün Rəsm Qalereyasında DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYP) və Elm və Təhsil Nazirliyinin 1 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Yol hərəkəti təhlükəsizliyi uşaqların gözü ilə” adlı tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatları, ziyalılar, ekspertlər, müəllim və şagirdlər iştirak edib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Arzu Nağıyev Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi üçün vacib olan elementlərdən danışıb və yol polisinin bu istiqamətdə göstərdiyi səylərin müsbət nəticə gətirdiyini qeyd edib.

Millət vəkili Vüqar İskəndərov isə yol nəqliyyat hadisələrində azyaşlıların zərər görməsini faciə kimi qiymətləndirib və onların bu istiqamətdə qorunması üçün ciddi işlərin görülməsini zəruri hesab edib. Həmçinin o, üzərinə düşən öhdəlikləri yerinə yetirərək belə təbliğat xarakterli tədbirlərin təşkilinə, həyata keçirilməsinə, ictimai qınağın formalaşmasına, maarifləndirmə işinin gücləndirilməsinə hər zaman dəstəkləməyə hazır olduğunu ifadə edib.

Millət vəkili Bəhruz Məhərrəmov isə bildirib ki, yol-nəqliyyat hadisələrinin qarşısı ciddi mübarizə üsulu ilə azaldıla bilər: “Təbii ki, bu prosesdə nəzarət edən orqanların, həmçinin sürücülərin, piyadaların və digər hərəkət iştirakçılarının üzərinə böyük məhsuliyyət düşür. Necə deyərlər, kiçik xətalar böyük faciələrə səbəb olur”.

Baş DYP İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev çıxışında  yollarda uşaq ölümlərinə və xəsarətlərinə son qoymaq üçün hamılıqla uşaqlara erkən yaşda yol hərəkəti qaydalarının öyrədilməsinin vacibliyini vurğulayıb.

Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev çıxışında uşaq travmatizminin əsas səbəbləri sırasında yol qəzalarının gəldiyini vurğulayıb. O qeyd edib ki, dünya üzrə 14-25 yaşlı təbəqə arasında ölüm faktının böyük qismini yol-nəqliyyat hadisələri təşkil edir. 

Qeyd edək ki, tədbirin sonunda rəsm müsabiqəsində fərqlənən dərnək rəhbərləri mükafatlandırılıb.
Xeyriyyə məqsədilə keçirilmiş satış sərgisində toplanmış vəsait tədbirə qatılan uşaqların istəyi ilə qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərər çəkən uşaqlara yardım məqsədilə ianə edilib.
generated 0.029584884643555 seconds