Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

Saytın əsas versiyası

Ötən gün 2 piyada yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

29.10.2021

28.10.2021-ci il tarixdə respublika ərazisində ölümlə nəticələnən 2 yol qəzası baş verib ki, ikisi də piyada vurma hadisəsidir.

Saat 18:00 radələrində Sabunçu rayonu, B.Bünyatov küçəsində 1978-ci il təvəllüdlü İsayev Qabil Oruc oğlu idarə etdiyi “Toyota” markalı, 90-MU-899 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən 1973-cü il təvəllüdlü piyada Əliyeva Afət Firudin qızını vurub, daha sonra sonuncu aldığı zərbə nəticəsində yolun əks istiqamətinə düşüb və həmin istiqamətdə hərəkətdə olan 1982-ci il təvəllüdlü Quliyev Samir Sabir oğlunun idarə etdiyi “Hyundai” markalı, 99-OD-967 dövlət qeydiyyat nişanlı avtomobilə dəyib.

Saat 21:25 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində 2002-ci il təvəllüdlü Əhmədov Rusif Vaqif oğlu “VAZ 2107” markalı, 10-NC-407 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu soldan-sağa keçməyə çalışan 2005-ci il təvəllüdlü piyada Qarayev Cabir Cəmil oğlunu vurub.

Hər iki hadisədə piyadalar yolu onlar üçün nəzərdə tutulmayan yerlərdən keçməyə cəhd edib və bu da onların həyatları bahasına başa gəlib. Faktlar üzrə araşdırma aparılır.


generated 0.040534973144531 seconds