Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

Saytın əsas versiyası

Rəsm müsabiqəsinin şərtlərində dəyişiklik edildi.

11.11.2021

“YOL HƏRƏKƏTİ QAYDALARI UŞAQLARIN GÖZÜ İLƏ” adlı rəsm müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş elanda müsabiqəyə təqdim ediləcək əsərlərin 11.11.2021-ci il tarixədək qəbul olunacağı bildirilmişdi.

Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, müsabiqəyə təqdim ediləcək rəsm əsərlərinin qəbul vaxtı 20.11.2021-ci il tarixədək, qaliblərin elan edilməsi vaxtı isə 25.11.2021-ci il tarixədək uzadılmışdır.