Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi
2016-cı ilin yanvar ayı ərzində respublikanın avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri barədə
08 fevral 2016-cı il
Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına, eləcə də qəza nəticəsində ölən və yaralananların sayının azalmasına müsbət təsiri olmuşdur. Belə ki, 2016-ci ilin yanvar ayı ərzində respublika ərazisində 140 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 43 nəfər həlak olmuş, 147 nəfər yaralanmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 68 fakt (32,7%), həlak olanların sayı 31 nəfər (41,9%), yaralananların sayı 68 nəfər (31,6%) azalmışdır.
Bakı şəhəri ərazisində 47 yol-nəqliyyat hadisəsi qeydə alınmış, bunların nəticəsində 12 nəfər həlak olmuş, 48 nəfər yaralanmışdır. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 30 fakt (39%), 12 nəfər (57%), 30 nəfər (38,5 %) azalmışdır.
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 35%-i (49 hadisə, 17 ölüm, 59 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,8%-i (31 hadisə, 12 ölüm, 26 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 17,1%-i (24 hadisə, 4 ölüm, 32 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,8%-i (4 hadisə, 1 ölüm, 3 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. Yol-nəqliyyat hadisələrinin 38,5%-ni (55) piyadaların vurulması təşkil etmiş, nəticədə 22 piyada həlak olmuş, 34-ü yaralanmışdır. 2 yol-nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş vermişdir. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər uşaq və yeniyetmə həlak olmuş, 10 nəfər yaralanmışdır.
Çap et