16 sentyabr 2016-cı il
Bakı-Quba avtomobil yolunun 11-ci km-də yerüstü piyada keçidinin inşası ilə əlaqədar olaraq 17 sentyabr 2016-cı il tarixdə saat 12:00-dan həmin yolun 12-ci km-dəki Masazır dairəsindən paytaxt istiqamətinə gedən hissəsi, 18 sentyabr 2016-cı il tarixdə saat 7:00-dan isə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti gecə saatlarınadək müvəqqəti olaraq məhdudlaşdırılacaq. Sürücülər 17 sentyabr 2016-cı il tarixdə Bakı şəhəri istiqamətinə, eləcə də 18 sentyabr 2016-cı il tarixdə hər iki istiqamətdə hərəkət etmək üçün alternativ yol olaraq Bakı-Quba yolunun 10-cu km-dən (Xırdalan–Binəqədi şossesinin başlanğıcı), əks istiqamətdə isə Bakı-Quba yolunun 12-ci (Masazır dairəsi) və ya 16-cı km-dən Xirdalan şəhərinə daxil olmaqla hərəkətlərinə davam edə bilərlər.