Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi
2016-cı ilin 10 ayı ərzində respublikanın avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri barədə
11 noyabr 2016-cı il
Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına, eləcə də qəza nəticəsində ölən və yaralananların sayının azalmasına müsbət təsiri olmuşdur. Belə ki, 2016-ci ilin 10 ayı ərzində respublika ərazisində 1677 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 638 nəfər həlak olmuş, 1721nəfər yaralanmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 169 fakt (9,2%), həlak olanların sayı 103 nəfər (13,9%), yaralananların sayı 184 nəfər (9,7%) azalmışdır.
Bakı şəhəri ərazisində 561 yol-nəqliyyat hadisəsi qeydə alınmış, bunların nəticəsində 158 nəfər həlak olmuş, 579 nəfər yaralanmışdır. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 107 fakt (16%), 37 nəfər (19%), 139nəfər (19,4 %) azalmışdır.
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 38,9%-i (654 hadisə, 250 ölüm, 708 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23,2%-i (390 hadisə, 179 ölüm, 340 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,9%-i (217 hadisə, 49 ölüm, 256 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,9%-i (33 hadisə, 15 ölüm, 31 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. Yol-nəqliyyat hadisələrinin 41,8%-ni (702) piyadaların vurulması təşkil etmiş, nəticədə257 piyada həlak olmuş, 516-ı yaralanmışdır. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 46 nəfər uşaq və yeniyetmə həlak olmuş, 165 nəfər yaralanmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə azyaşlıların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində həlak olanların sayı 14, yaralananların sayı isə 8 nəfər azalmışdır.
Çap et