Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi
2018-ci il ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə
29 yanvar 2019-cu il
Azərbaycan respublikası DİN-in kollegiya qərarlarının, əmr və göstərişlərinin tələblərini, habelə iş planlarını rəhbər tutaraq DİN Baş DYP İdarəsi və onun yerlərdəki bölümləri tərəfindən 2018-ci il ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti intizamın möhkəmləndirilməsi istiqamətində bir sıra təşkilati və profilaktik tədbirlər həyata keçirilmişdir.
İl ərzində respublikada və onun ayrı-ayrı bölgələrində qəzalığın vəziyyəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülmüş işlər ümumiləşdirilərək kompleks təhlil edilmiş, nəticələri Daxili İşlər Naziri, general-polkovnik cənab Ramil Usubovun sədrliyi ilə keçirilmiş əməliyyat müşavirələrində DYP-nin ərazi və nizami hissələrinin rəhbər heyəti ilə geniş müzakirə olunmuş, hərəkətin təhlükəsizliyinin təmini sahəsində görülən işlərin vəziyyəti barədə DYP hissə rəhbərlərinin hesabatları dinlənilmişdir.
Ümumilikdə 2018-ci il ərzində yol hərəkətinə nəzarət prosesində 3.409.698 yol hərəkəti qaydalarının pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 8.113, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 1.690.044, ötmə, manevr və qarşıdan gələn nəqliyyatın yoluna çıxma qaydalarının pozulması üzrə 151.760, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 141.817, svetoforun qadağanedici siqnallarının pozulması üzrə 87.296, sərnişin daşıma qaydalarının pozulması üzrə 10.636 fakt aşkar edilmişdir. YHQ pozuntusuna görə 7.601 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır.
Ötən il ərzində «Siqnal» İİLİ tərəfindən 40 svetofor obyekti quraşdırılmış, 15.124 yol nişanı qoyulmuş və ya yenisi ilə əvəz edilmiş, boya ilə küçə və yollarda 2.998.226 m2 cizgiləmə işi aparılmışdır.
Baş idarənin əməkdaşları tərəfindən ötən il ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılmış, 31.040 avtomobil ilkin qeydiyyata alınmış, 69.429 ilkin sürücülük vəsiqəsi verilmiş, respublikanın avtomobil parkının sayı 1.389.192 təşkil etmişdir.
Ötən il ərzində respublika ərazisində 1817 YNH-i qeydə alınmış, nəticədə 722 nəfər həlak olmuş, 1711 nəfər yaralanmışdır. 2017-cı illə müqayisədə YNH-nin sayı 16 fakt (0,9 %), həlak olanların sayı 28 nəfər (3,7%), yaralananların sayı isə 8 nəfər (0,5 %) azalmışdır.
Bakı şəhəri ərazisində 619 YNH-i qeydə alınmış, bunların nəticəsində 212 nəfər həlak olmuş, 529 nəfər yaralanmışdır. 2017-cı illə müqayisədə YNH-nin sayı 27 fakt (4,2%), yaralananların sayı 23 nəfər (4,2%) azalmış, həlak olanların sayı isə 5 nəfər (2,4%) artmışdır.
DİN BDYPİ YPXA-nın xidmət ərazisində hesabat dövründə 131 YNH-i qeydə alınmış, nəticədə 154 nəfər həlak olmuş, 39 nəfər yaralanmışdır. 2017-cı illə müqayisədə YNH-nin sayı 54 fakt (29,2 %), həlak olanların sayı 69 nəfər (30,9%), yaralananların sayı isə 32 nəfər (45,1%) azalmışdır.
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 24,4 %-i (443) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 40 %-i (727) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 9,6 %-i (174) yolayrıjlarını keçmə qaydalarının pozulması, 2 %-i (37) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir.
Yol-nəqliyyat hadisələrinin 47,5 %-ni (863) piyadaların vurulması təşkil etmiş, nətijədə 345 piyada həlak olmuş, 575-i xəsarət almışdır. 104 yol-nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozmaları nətijəsində baş vermişdir. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri nətijəsində 52 nəfər uşaq və yeniyetmə həlak olmuş, 171 nəfər xəsarət almışdır. Ümumiyyətlə qeydə alınmış yol-nəqliyyat hadisələri nətijəsində həlak olmuş 722 nəfərdən 552-ni kişilər, 170-ni qadınlar, xəsarət almış 1711 nəfərdən 1268-ni kişilər, 443-nü isə qadınlar təşkil etmişlər.
Azərbayjan Respublikası Prezidentinin «Jinayətkarlığa qarşı mübarizənin güjləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında» 1994-jü il tarixli Fərmanından irəli gələn vəzifələri rəhbər tutaraq hesabat dövründə polisin digər xidmətləri ilə birgə DYP əməkdaşları tərəfindən 2 ədəd avtomat, 2 ədəd ov tüfəngi və 184 ədəd müxtəlif kalibrli patron aşkar edilmişdir.
2018-ci il ərzində BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsində və Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 8 avtomobil saxlanılmış, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 2060 fakt, 184 fakt saxta sənəd, 3 fakt saxta etibarnamə, 6 fakt saxta dövlət qeydiyyat nişanı aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilmişdir.
2018-ji il ərzində polisin digər xidmətləri ilə birgə 40 fakt üzrə: 28 kiloqramdan çox (o jümlədən 25 kq 030 qr tiryək, 363,082 qr heroin, 3 kq 245 qr marixuana, 0.417 qr metadon) narkotik maddə aşkar olunmuşdur.
2018-ci il ərzində Baş idarəyə 197 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olmuşdur ki, onlardan 179-u tapılmışdır.
DİN Baş DYP İdarəsi azərbaycan respublikasının DİN-in kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində tədbirlərini davam etdirir.
Çap et