Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları "Ölkəmizi tanıyaq" layihəsinin iştirakçıları ilə maarifləndirmə tədbiri keçirir

15 noyabr 2019-cu il

Gənc nəslin vətənpərvər ruhda formalaşmasına xidmət edən "Ölkəmizi tanıyaq" layihəsinin keçirilməsi artıq ənənə halını alıb. Ötən gündən başlayaraq şagirdlərimiz növbəti dəfə ölkəmizin müxtəlif bölgələrinə səyahətə çıxıb.
Hər il olduğu kimi yenə də layihə iştirakçılarının təhlükəsizliyini təmin edən Baş Dövlət Yol Polisi İdarəsi bu mühüm vəzifənin icrası ilə yanaşı bu dəfə şagirdlərin yol hərəkəti təhlükəsizliyi sahəsində maarifləndirilməsini vəzifəsini də yaddan çıxarmayıb.

«Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair  2019-2023-cü illər üçün Dövlət Proqramı»nın məqsədlərinə uyğun olaraq keçirilən maarifləndirmə tədbirində əsas hədəf layihə iştirakçılarına yol hərəkəti qaydalarını aşılamaq,  təhsildə və ictimai həyatda fəallıqları ilə seçilən şagirdləri yol hərəkəti təhlükəsizliyinin təbliğində aktiv iştirakçıya çevirmək və onları ölkəmizdə yol mədəniyyətinin daha da inkişaf etdirilməsinə yeni-yeni töhfələr verməyə ruhlandırmaqdır.
Tədbirə qatılan  Baş Dövlət Yol Polisi İdarəsinin məsul əməkdaşları "Ölkəmizi tanıyaq" layihəsinin iştirakçılarına uşaq və yeniyetmələr tərəfindən çəkilmiş və üzərində yol hərəkəti iştirakçılarının maarifləndirilməsinə, o cümlədən yolayrıclarında və piyada keçidlərində təhlükəsizlik qaydalarına riayət edilməsi, motodəbilqədən və təhlükəsizlik kəmərindən istifadə vərdişlərinin aşılanması və sair bu kimi yol hərəkəti qaydalarına həsr olunmuş bukletlərlər təqdim etmişlər.

Təsadüfi deyildir ki, bu formatda keçirilən maarifləndirmə tədbiri və hədiyyə olunan təbliğat materialları şagirdlər tərəfindən olduqça müsbət qarşılanmış, bukletlərdə ehtiva olunan mövzular üzrə geniş müzakirələr aparılmışdır.
Biz də inanırıq ki, “uşaq dili” ilə deyilən tövsiyələr "Ölkəmizi tanıyaq" layihəsinin iştirakçıları tərəfindən heç zaman unudulmaz.  


xəbərlərin arxivi




Çap et  Çap et