Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

DİN Baş DYP İdarəsinin məlumatı

17 aprel 2020-ci il

Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 16.04.2020-ci il saat 00:00-dan 17.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 16.04.2020-ci il saat 00:00-dan 17.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2543 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 25402 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
xəbərlərin arxivi




Çap et  Çap et