Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 29.04.2020-ci il saat 00:00-dan 30.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat

30 aprel 2020-ci il

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 29.04.2020-ci il saat 00:00-dan 30.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 839 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 44016 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.


xəbərlərin arxivi




Çap et  Çap et