Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

DİN Baş DYP İdarəsinin məlumatı

09 aprel 2021-ci il

2021-ci ilin 3 ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 376  yol- nəqliyyat hadisəsi qeydə alınmışdır. Bu qəzalarda 125 nəfər həlak olmuş, 370 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti almışdır.  Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 45 (-10,7%) fakt,  ölənlərin sayı 56 (-30,9%) nəfər,  yaralananların sayı isə 8  (-2,1%) nəfər azalmışdır.
 
Aparılmış təhlillər göstərir ki, 365 (97%) yol-nəqliyyat hadisəsi məhz  sürücülər tərəfindən (piyadalar tərəfindən 9 - 2,4%) yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermişdir. Bu qayda pozuntularının 43,2%-i, yəni 158-i sürücülər tərəfindən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi, 29,8%-i isə, yəni 109-u qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması olmuşdur.

Yol-nəqliyyat hadisələrin növləri içərisində piyadanı vurmaq (142 - 37,7%, 49 ölü, 99 yaralı) və toqquşma (136 - 36,1%, 35 ölü, 179 yaralı) yenə də üstünlük təşkil edir.

Həlak olan 125 nəfərdən (qadınlar 20 nəfər, 7-16 yaş 7 nəfər,) 50-i piyada, 42-i sürücü, 29-u sərnişin, 3-ü velosipedçi, 1-i isə digər hərəkət iştirakçısı olub.
xəbərlərin arxivi




Çap et  Çap et