DYP-nin göstərdiyi xidmətlər
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin SİYAHISI
- Nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən nəzəri və praktiki imtahanların qəbulu.
- Nəqliyyat vasitəsinə illik texniki baxışların keçirilməsi.
- Nəqliyyat vasitələrinin qeydiyyata alınması, təkrar qeydiyyatdan keçirilməsi, qeydiyyatdan çıxarılması, texniki qeydiyyat sənədlərinə dəyişikliklər edilməsi, qeydiyyat şəhadətnaməsi, qeydiyyat nişanları, tranzit nişanları, ‿AZ‿ dövlət fərqlənmə nişanlarının verilməsi, və bu əməliyyatlar zamanı nəqliyyat vasitələrinə baxış keçirilməsi.
- Milli və beynəlxalq sürücülük vəsiqələrinin sənədləşdirilməsi və təqdim edilməsi.
- Nəqliyyat vasitələrinin sahiblərinin istəyindən asılı olaraq, onların alqı-satqısının bilavasitə Dövlət Yol Polis İdarəsində sənədləşdirilməsi.
- Nəqliyyat vasitələrinin girov müqaviləsinin Dövlət Yol Polisi İdarəsində qeydiyyata alınması və müvafiq şəhadətnamənin verilməsi.
- Qeyri-standart iri qabaritli yük, partlayıcı və radioaktiv maddələr daşıyan nəqliyyat vasitələrinin Dövlət Yol Polisi tərəfindən müşayiət edilməsi.
- Yol şəbəkəsinin müəyyən hissələrinə yük daşıyan nəqliyyat vasitələrinin və avtobusların buraxılması barədə xüsusi buraxılış vəsiqələrinin verilməsi.
- Nəqliyyat vasitələrinin yeni avadanlıqla təmin edilməsinə, tipinin dəyişdirilməsinə, xüsusi avadanlıq və aqreqat qoyulmasına icazə verilməsi.
- Avtomobil yollarının ayırma zolağında inşa olunan obyektlərdə təhlükəsiz hərəkət sxemlərinin hazırlanması və razılaşdırılması.