Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 584, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr 699, 701, 711, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 12, maddələr 953, 954, 966, 971; 2010, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483, № 7, maddələr 577, 591, 594, 595, 598, 600, № 10, maddə 838, № 11, maddələr 936, 938, 949, № 12, maddə 1059; 2011, № 2, maddələr 70, 71, № 3, maddələr 162, 164, 167, 168, 170, № 4, maddələr 246, 254, № 6, maddələr 470, 479, 487, № 7, maddələr 596, 614, № 10, maddə 881, № 11, maddə 981, № 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, № 1, maddə 3, № 2, maddə 50, № 3, maddə 194, № 4, maddə 271, № 5, maddə 404, № 6, maddə 499, № 7, maddələr 649, 665, 667, № 9, maddə 843, № 11, maddələr 1046, 1047, 1055, 1064, 1069; 2013, № 1, maddələr 12, 13, 23, № 2, maddələr 90, 100, № 3, maddələr 205, 218, 220, 225, № 4, maddələr 354, 361, № 5, maddələr 461, 473, 480, № 6, maddələr 601, 617, 627, 629, № 7, maddə 777, № 8, maddə 888, № 11, maddələr 1287, 1294, 1300, 1304, 1311, № 12, maddələr 1471, 1480, 1496, 1503; 2014, № 1, maddə 2, № 2, maddələr 80, 91, 93, № 3, maddə 236, № 4, maddələr 326, 345, № 5, maddə 466, № 6, maddələr 599, 619, 621, № 7, maddələr 765, 776, 781, № 10, maddə 1147, № 11, maddə 1363; Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1139-IVQD, 30 dekabr tarixli 1162-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. On dördüncü fəslin adına “təmin edilməsi” sözlərindən sonra “və avtomobil yollarından istifadə” sözləri əlavə edilsin.
2. 163.0.1-ci maddəyə “örtüyü təkmilləşdirilmiş yollarda” sözlərindən sonra “avtomobil yollarını korlayan konstruksiya elementləri olan,” sözləri, “nəqliyyat vasitələrinin hərəkətinə” sözlərindən sonra isə “, həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən karxana avtomobillərinə aid edilmiş avtonəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə yüklə hərəkətinə” sözləri əlavə edilsin.
3. 163.0.3-cü, 163.0.4-cü, 163.0.6-cı, 163.0.8-ci və 163.0.10-cu maddələr aşağıdakı redaksiyada verilsin:
“163.0.3. yolların hərəkət hissəsinə yanacaq-sürtkü materialları, kimyəvi maddələr, bitum və beton axıdılmasına, habelə daş, çınqıl, qum və ot tökülməsinə, yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılmasına;
163.0.4. avtomobil yollarının körpü keçidlərində çayın məcrası boyu körpüdən hər tərəfə bir kilometr məsafədə yol fəaliyyətinə aid olmayan tikinti işlərinin aparılmasına, habelə torpaq və çınqıl kütləsinin götürülməsinə;
163.0.6. avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılmasına, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qara aparılmasına, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsinə;
163.0.8. avtomobil yollarının saxlanılması və təmiri ilə bağlı işlər istisna olunmaqla, torpağın şumlanmasına, çimin çıxarılmasına və qruntun götürülməsinə, oradakı otların biçilməsinə, ağacların və digər yaşıllığın qırılmasına;
163.0.10. suvarma, sənaye, çirkab və kanalizasiya sularının avtomobil yoluna və yağış sularının avtomobil yolundan kənarlaşdırılması üçün tikilmiş kanalizasiya sisteminə, suyu kənara axıdan qurğulara və yolboyu torpaq sahəsinə axıdılmasına, avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolaqlarının, yol örtüyünün çirkləndirilməsinə;”.
4. 163.0.11-ci maddə ləğv edilsin.
5. 164.0.1-ci maddəyə mötərizədən sonra “, yol hərəkətinin təhlükəsizliyinə mane olan şərait yaradılmasına və yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə əlaqədar olmayan yüklərin yüklənməsinə və ya boşaldılmasına” sözləri əlavə edilsin.
6. 164.0.2-ci maddəyə “digər kommunikasiyaların çəkilməsinə” sözlərindən sonra “, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə” sözləri əlavə edilsin.
7. 164.0.4-cü maddəyə “başqa üsullarla kəsilməsinə” sözlərindən sonra “, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına” sözləri əlavə edilsin.
8. 164.0.5-ci maddədə “təhkim zolağında” sözləri “avtomobil yollarında” sözləri ilə əvəz edilsin və həmin maddəyə “qurulmasına” sözündən sonra “, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan yol nişanlarının yerləşdirilməsinə, həmçinin “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydalar pozulmaqla, reklam və digər məlumat qurğularının yerləşdirilməsinə” sözləri əlavə edilsin.
9. 164.0.8-ci maddəyə “ticarətin aparılmasına” sözlərindən sonra “, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri və yenidən qurulması ilə bağlı olmayan işlərin görülməsinə, yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının xidməti tikililəri və qurğuları istisna olmaqla, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması üçün nəzərdə tutulmayan bina və qurğuların yerləşdirilməsinə” sözləri əlavə edilsin.
10. 164.0.10-cu maddəyə “zərər dəyməsinə” sözlərindən sonra “, yol örtüyünün və yolun mühəndisi konstruksiyasının zədələnməsinə, avtomobil yoluna və ya yolda yerləşdirən qurğulara müdaxilə edilməsinə” sözləri əlavə edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 fevral 2015-ci il.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 584, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr, 699, 701, 711, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 12, maddələr 953, 954, 966, 971; 2010, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483, № 7, maddələr 577, 591, 594, 595, 598, 600, № 10, maddə 838, № 11, maddələr 936, 938, 949, № 12, maddə 1059; 2011, № 2, maddələr 70, 71, № 3, maddələr 162, 164, 167, 168, 170, № 4, maddələr 246, 254, № 6, maddələr 470, 479, 487, № 7, maddələr 596, 614, № 10, maddə 881, № 11, maddə 981, № 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, № 1, maddə 3, № 2, maddə 50, № 3, maddə 194, № 4, maddə 271, № 5, maddə 404, № 6, maddə 499, № 7, maddələr 649, 665, 667, № 9, maddə 843, № 11, maddələr 1046, 1047, 1055, 1064, 1069; 2013, № 1, maddələr 12, 13, 23, № 2, maddələr 90, 100, № 3, maddələr 205, 218, 220, 225, № 4, maddələr 354, 361, № 5, maddələr 461, 473, 480, № 6, maddələr 601, 617, 627, 629, № 7, maddə 777, № 8, maddə 888, № 11, maddələr 1287, 1294, 1300, 1304, 1311, № 12, maddələr 1471, 1480, 1496; 2014, № 1, maddə 2, № 2, maddələr 80, 91, 93, № 3, maddə 236; № 4, maddələr 326, 345, № 5, maddə 466, № 6, maddələr 599, 619, 621, № 7, maddələr 765, 776, 781, № 10, maddə 1147; Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1089-IVQD nömrəli qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 429-5.4-cü maddəyə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin:
“Bu Məcəllənin 429-5.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 429-6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.”;
2. 429-6.2.2-ci maddəyə “yer” sözündən sonra “və vaxt” sözləri əlavə edilsin;
3. 451.3-cü maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq edilmiş inzibati cərimə ilə əlaqədar ödənişi qəbul edən bank və ya poçt müvafiq ödənişin edildiyi barədə məlumatı dərhal elektron qaydada müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərir.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 fevral 2015-ci il.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 584, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr 699, 701, 711, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 12, maddələr 953, 954, 966, 971; 2010, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483, № 7, maddələr 577, 591, 594, 595, 598, 600, № 10, maddə 838, № 11, maddələr 936, 938, 949, № 12, maddə 1059; 2011, № 2, maddələr 70, 71, № 3, maddələr 162, 164, 167, 168, 170, № 4, maddələr 246, 254, № 6, maddələr 470, 479, 487, № 7, maddələr 596, 614, № 10, maddə 881, № 11, maddə 981, № 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, № 1, maddə 3, № 2, maddə 50, № 3, maddə 194, № 4, maddə 271, № 5, maddə 404, № 6, maddə 499, № 7, maddələr 649, 665, 667, № 9, maddə 843, № 11, maddələr 1046, 1047, 1055, 1064, 1069; 2013, № 1, maddələr 12, 13, 23, № 2, maddələr 90, 100, № 3, maddələr 205, 218, 225, № 4, maddələr 354, 361, № 5, maddələr 461, 473, 480, № 6, maddələr 601, 617, 627, 629, № 7, maddə 777, № 8, maddə 888, № 11, maddələr 1287, 1294, 1300, 1304, 1311, № 12, maddələr 1471, 1480, 1496; 2014, № 1, maddə 2, № 2, maddələr 80, 91, 93, № 3, maddə 236; Azərbaycan Respublikasının 2014-cü il 4 mart tarixli 917-IVQD nömrəli, 18 aprel tarixli 942-IVQD nömrəli, 2 may tarixli 948-IVQD nömrəli, 952-IVQD nömrəli və 30 may tarixli 974-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 151.4-cü maddədə “151.3-2-ci,” sözlərindən sonra “151.5-ci,” sözləri əlavə edilsin;
2. 253-1.1-ci maddədə “253-1.2-ci maddəsində nəzərdə tutulmuş hal” sözləri “253-1.2-ci və 253-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar” sözləri ilə əvəz edilsin;
3. aşağıdakı məzmunda 253-1.3-cü maddə əlavə edilsin:
“253-1.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -
fiziki şəxslər əlli manat miqdarında, vəzifəli şəxslər yüz manat miqdarında, hüquqi şəxslər üç yüz manat miqdarında cərimə edilirlər.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 2014-cü il.


Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 584, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr 699, 701, 711, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 12, maddələr 953, 954, 966, 971; 2010, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483, № 7, maddələr 577, 591, 594, 595, 598, 600, № 10, maddə 838, № 11, maddələr 936, 938, 949, № 12, maddə 1059; 2011, № 2, maddələr 70, 71, № 3, maddələr 162, 164, 167, 168, 170, № 4, maddələr 246, 254, № 6, maddələr 470, 479, 487, № 7, maddələr 596, 614, № 10, maddə 881, № 11, maddə 981, № 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, № 1, maddə 3, № 2, maddə 50, № 3, maddə 194, № 4, maddə 271, № 5, maddə 404, № 6, maddə 499, № 7, maddələr 649, 665, 667, № 9, maddə 843, № 11, maddələr 1046, 1047, 1055, 1064, 1069; 2013, № 1, maddələr 12, 13, 23, № 2, maddələr 90, 100, № 3, maddələr 205, 218, 225, № 4, maddələr 354, 361, № 5, maddələr 461, 473, 480, № 6, maddələr 601, 617, 627, 629, № 7, maddə 777, № 8, maddə 888, № 11, maddələr 1287, 1294, 1300, 1304, 1311, № 12, maddələr 1471, 1480, 1496, 1503; 2014, № 1, maddə 2, № 2, maddələr 80, 91, 93; Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 908-IVQD nömrəli və 4 mart tarixli 917-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 28.3-cü maddədə “12” rəqəmləri “20” rəqəmləri ilə əvəz edilsin.
2. 151-ci maddənin “Qeyd” hissəsi üzrə:
2.1. 1-ci bənddə “və 151-1.3-cü” sözləri “,151-1.3-cü və 151-4-cü” sözləri ilə əvəz edilsin.
2.2. aşağıdakı məzmunda 5-ci və 6-cı bəndlər əlavə edilsin:
“5. Bu Məcəllənin 151.5 və 152-1.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsinə görə şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xətalar 5 balla qiymətləndirilir.
6. İnzibati xətanın törədilməsinə görə təyin edilmiş bal inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə mindiyi vaxtdan 1 il müddətində qüvvədə olur.”.
3. 151.2-ci maddədən “həmçinin xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə,” sözləri çıxarılsın;
4. 151.4-cü maddə üzrə:
4.1. “151-1.4-cü ” sözlərindən sonra “151-4-cü” sözləri əlavə edilsin;
4.2. “12” rəqəmləri “20” rəqəmləri ilə, “bir ilədək müddətə” sözləri “altı ay müddətinə” sözləri ilə əvəz edilsin.
5. 151-1.1-ci maddədə “otuz” sözü “on” sözü ilə əvəz edilsin.
6. Aşağıdakı məzmunda 151-4-cü və 158-2-ci maddələr əlavə edilsin:
“Maddə 151-4. Keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi və ya mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsi
Xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə - yüz manat miqdarında cərimə edilir.
Maddə 158-2. Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi
Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə edən fiziki şəxs haqqında məlumatı bu barədə sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verməməsinə görə -
hüquqi şəxs üç yüz manat miqdarında cərimə edilir.”.
7. 410-1, 412 və 452-ci maddələr ləğv edilsin.
8. 410.1-ci maddədə “və 412.1-ci maddələri” sözləri “maddəsi” sözü ilə əvəz edilsin;
9. Aşağıdakı məzmunda 32-1-ci fəsil əlavə edilsin:

“FƏSİL 32-1

YOL HƏRƏKƏTİ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATI XƏTALAR HAQQINDA İŞLƏRƏ BAXILMASININ XÜSUSİYYƏTLƏRİ

Maddə 429-1.
Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmasının ümumi qaydası
Bu Məcəllənin 151-159-cu maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır.
Maddə 429-2. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqana çağırılmasının yolverilməzliyi
Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır.
Maddə 429-3. İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası
429-3.1. Bu Məcəllənin 151.1, 151.2, 151.3, 151.3-1, 151.3-2, 151-1, 151-2.1, 151-3 və 158-1.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İnzibati xəta haqqında elektron protokol tərtib edildikdən dərhal sonra, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir.
429-3.2. İnzibati xəta haqqında elektron protokol müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsi icarə müqaviləsi və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi) barəsində tərtib edilir.
429-3.3. İnzibati xəta haqqında elektron protokolda bu Məcəllənin 410.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir:
429-3.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə);
429-3.3.2. inzibati xəta haqqında elektron protokolla əlaqədar vəsatət verilməsi qaydası;
429-3.3.3. inzibati cərimənin miqdarı və ödənilməsi qaydası.
429-3.4. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 429-3.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron protokol tərtib olunur.
429-3.5. Barəsində bu Məcəllənin 429-3.1, 429-5.5 və ya 429-5.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs protokolda qeyd olunan cəriməni ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında qərar hesab edilir.
429-3.6. Barəsində bu Məcəllənin 429-3.1-ci və ya 429-5.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs səlahiyyətli orqana inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olduğu, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxdığı barədə vəsatətlə müraciət edə bilər. Vəsatət inzibati xəta haqqında protokol barədə bu Məcəllənin 429-6.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumat verildiyi vaxtdan 10 gün müddətində şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Vəsatət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını vəsatətdə göstərə bilər. Vəsatətdə göstərilən məlumatlar təsdiq olunarsa, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin haqqında olan iş üzrə icraata xitam verilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür.
429-3.7. Barəsində bu Məcəllənin 429-3.1, 429-5.5 və ya 429-5.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs bu Məcəllənin 429-6.2.3-cü maddəsində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 10 gün müddətində vəsatət vermədikdə həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilir və həmin vaxtdan 10 gün müddətində bu qərardan bu Məcəllənin 429-7.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər.
Maddə 429-4. İnzibati xəta hüquqi şəxsə məxsus nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən törədildikdə inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydası
429-4.1. Bu Məcəllənin 429-3.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə sorğu göndərilir.
429-4.2. Hüquqi şəxs sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib edir. İnzibati xəta haqqında protokol həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin protokol barədə bu Məcəllənin 429-6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
429-4.3. Bu Məcəllənin 429-4.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs bu Məcəllənin 158-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, habelə fiziki şəxsi törətdiyi əmələ görə məsuliyyətdən azad etmir.
Maddə 429-5. İnzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası
429-5.1. İnzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu gün mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 429-6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır.
429-5.2. İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır.
429-5.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir.
429-5.4. İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 429-6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir.
429-5.5. Bu Məcəllənin 158-1.1-ci və ya 158-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında deyilsə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır. Bu halda inzibati xəta haqqında protokolda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. Protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin protokol barədə bu Məcəllənin 429-6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
429-5.6. Bu Məcəllənin 158-1.1-ci və ya 158-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin protokolun surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. Protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin protokol barədə bu Məcəllənin 429-6.2.1 və 429-6.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir.
Maddə 429-6. İnzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırma
429-6.1. Müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir.
429-6.2. İnzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır:
429-6.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında elektron protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış “elektron kabinet”ə yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir;
429-6.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsinin istifadəçisinin mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi “elektron kabinet”in internet ünvanı və daxil olma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir;
429-6.2.3. inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir.
429-6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir.
Maddə 429-7.
İnzibati xəta haqqında iş üzrə qərardan şikayətə baxılması qaydası
429-7.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 429-6.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 429-3.5-ci və 429-3.7-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər.
429-7.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilir.
429-7.3. Bu Məcəllənin 429-7.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 429-6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
Maddə 429-8. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi ilə əlaqədar xətalar üzrə icraatın aparılması qaydası
Bu Məcəllənin 313–2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün bu Məcəllənin 370-1—370-4-cü maddələrində nəzərdə tutulmuş qaydada çağırıldıqda və gəlməkdən qəsdən boyun qaçırdıqda, inzibati xəta haqqında protokol inzibati xəta törətmiş şəxsin iştirakı olmadan tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir.”.
10. 451.3-cü maddənin birinci cümləsində “Bu Məcəllənin 452.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla inzibati” sözləri “İnzibati” sözü ilə əvəz edilsin və “tərəfindən” sözündən sonra “yalnız” sözü əlavə edilsin.
11. 451.7-ci maddənin birinci hissəsinin birinci cümləsində və 451.8-ci maddənin birinci hissəsinin birinci cümləsində “2 faizi” sözləri “1 faizi” sözləri ilə əvəz edilsin.
12. 451.7-ci maddənin ikinci hissəsinin beşinci cümləsində və 451.8-ci maddənin üçüncü hissəsində “3 iş günü” sözləri “5 iş günü” sözləri ilə əvəz edilsin.
13. Aşağıdakı məzmunda 451.7-1-ci maddə əlavə edilsin:
“451.7-1. Hüquqi və ya fiziki şəxs olan işəgötürənin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü inzibati xəta törətdikdən sonra onun işəgötürənlə əmək münasibətlərinə xitam verilmişdirsə və inzibati xətanı törətmiş şəxs 2 ay müddətində inzibati cəriməni ödəməmişdirsə, nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilmədən inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədilə məcburi icraya yönəldilir.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 may 2014-cü il.


Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqınd Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 584; 2001, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr, 699, 701, 711, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 12, maddələr 953, 954, 966, 971; 2010, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483, № 7, maddələr 577, 591, 594, 595, 598, 600, № 10, maddə 838, № 11, maddələr 936, 938, 949, № 12, maddə 1059; 2011, № 2, maddələr 70, 71, № 3, maddələr 162, 164, 167, 168, 170, № 4, maddələr 246, 254, № 6, maddələr 470, 479, 487, № 7, maddələr 596, 614, № 10, maddə 881, № 11, maddə 981, № 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, № 1, maddə 3, № 2, maddə 50, № 3, maddə 194, № 4, maddə 271, № 5, maddə 404, № 6, maddə 499, № 7, maddələr 649, 665, 667, № 9, maddə 843, № 11, maddələr 1046, 1047, 1055, 1064, 1069; 2013, № 1, maddələr 12, 13, 23, № 2, maddələr 90, 100, № 3, maddələr 205, 218, 220, 225, № 4, maddələr 354, 361, № 5, maddələr 461, 473, 480, № 6, maddələr 601, 617, 627, 629, № 7, maddə 777, № 8, maddə 888, № 11, maddələr 1287, 1294, 1300, 1304, 1311, № 12, maddələr 1471, 1480, 1496) aşağıdakı dəyişikliklər edilsin:

1. 155.2.1-ci maddədən “və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan” sözləri çıxarılsın.

2. Aşağıdakı məzmunda 155.2-3-cü maddə əlavə edilsin:

“155.2-3. Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat miqdarında cərimə edilir.”.

3. 370-3-cü maddə üzrə:

3.1. 370-3.1-ci maddə ləğv edilsin;

3.2. 370-3.2-ci maddənin:

3.2.1. birinci cümləsində “bildirişi” sözü (birinci halda) “inzibati xəta haqqında işlər üzrə sənədi” sözləri ilə, “bildirişdə” sözü “sənəddə” sözü ilə, “bildirişi” sözü (ikinci halda) “sənədi” sözü ilə əvəz edilsin;

3.2.2. ikinci cümləsində “bildiriş” sözü “inzibati xəta haqqında işlər üzrə sənəd” sözləri ilə əvəz edilsin;

3.3. 370-3.3-cü və 370-3.4-cü maddələrdə “Bildirişin” sözü “İnzibati xəta haqqında işlər üzrə sənədin” sözləri ilə əvəz edilsin.

4. Aşağıdakı məzmunda 391.1-1-ci maddə əlavə edilsin:

“391.1-1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır.”.

5. 410-1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“410-1.1. Bu Məcəllənin 151.1, 151.2, 151.3, 151.3-1, 151.3-2, 151-1, 151-2.1, 151-3 və 158-1.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları (inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən foto və ya video materiallar) real vaxt rejimində elektron formada birbaşa müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür, inzibati xəta haqqında protokol həmin xətanı törətmiş şəxsin iştirakı olmadan “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd formasında real vaxt rejimində tərtib edilir və mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir.”.

6. 410-1.2-ci maddənin ikinci cümləsində “avtomatik rejimdə işləyən” sözləri çıxarılsın.

7. 410-1.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

“410-1.8. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə:

410-1.8.1. bu Məcəllənin 410-1.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, nəqliyyat vasitəsinin istifadəçisini səlahiyyətli orqana çağırmaq;

410-1.8.2. nəqliyyat vasitəsini dayandıraraq törədilmiş belə xətalar haqqında bu Məcəllənin 410-1.1-ci maddəsinin tələblərinə uyğun olmayan protokol tərtib etmək qadağandır.”.

8. 421.3-cü maddədə “məlumat” sözü “informasiya” sözü ilə əvəz edilsin.

9. 446.1.6-cı maddədən “, 313-2.2” rəqəmləri çıxarılsın.

10. 451.7-ci maddənin ikinci cümləsində “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin. 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2014-cü il.


“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərar alır:

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097; 2012, № 5, maddə 402, № 7, maddə 671; 2013, № 4, maddələr 362, 363, № 7, maddə 795, № 11, maddələr 1295, 1298) 85-ci maddəsində 2-ci bəndin “Qeyd” hissəsinin dördüncü cümləsi aşağıdakı redaksiyada verilsin:

“Nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio -cihaz vasitəsilə məlumat verilməklə təqib edilə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edilə bilər.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 aprel 2014-cü il.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 584; 2001, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr, 699, 701, 711, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 12, maddələr 953, 954, 966, 971; 2010, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483, № 7, maddələr 577, 591, 594, 595, 598, 600, № 10, maddə 838, № 11, maddələr 936, 938, 949, № 12, maddə 1059; 2011, № 2, maddələr 70, 71, № 3, maddələr 162, 164, 167, 168, 170, № 4, maddələr 246, 254, № 6, maddələr 470, 479, 487, № 7, maddələr 596, 614, № 10, maddə 881, № 11, maddə 981, № 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, № 1, maddə 3, № 2, maddə 50, № 3, maddə 194, № 4, maddə 271, № 5, maddə 404, № 6, maddə 499, № 7, maddələr 649, 665, 667, № 9, maddə 843, № 11, maddələr 1046, 1047, 1055, 1064, 1069; 2013, № 1, maddələr 12, 13, 23, № 2, maddələr 90, 100, № 3, maddələr 205, 218, 220, 225, № 4, maddələr 354, 361, № 5, maddələr 461, 473, 480, № 6, maddələr 601, 617, 627, 629, № 7, maddə 777, № 8, maddə 888) aşağıdakı dəyişikliklər edilsin:
1. aşağıdakı məzmunda 155.2-1-ci və 155.2-2-ci maddələr əlavə edilsin:
“155.2-1. Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə -
beş yüz manat miqdarında cərimə edilir.
155.2-2. Bu Məcəllənin 155.2-1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə-
min manat miqdarında cərimə edilir.”.
2. 155.7-ci maddədə “səksən manatdan yüz manatadək” sözləri “beş yüz manatdan səkkiz yüz manatadək miqdarda” sözləri ilə əvəz edilsin.
3. 296-1-ci maddə üzrə:
3.1. 296-1.1-ci maddədə “dörd yüz manatdan altı yüz manatadək” sözləri “beş yüz manatdan yeddi yüz əlli manatadək” sözləri ilə əvəz edilsin;
3.2. 296-1.2-ci maddədə “altı yüz manatdan səkkiz yüz manatadək” sözləri “yeddi yüz əlli manatdan min manatadək” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 dekabr 2013-cü il.


Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 584, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr 699, 701, 711, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 12, maddələr 953, 954, 966, 971; 2010, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483, № 7, maddələr 577, 591, 594, 595, 598, 600, № 10, maddə 838, № 11, maddələr 936, 938, 949, № 12, maddə 1059; 2011, № 2, maddələr 70, 71, № 3, maddələr 162, 164, 167, 168, 170, № 4, maddələr 246, 254, № 6, maddələr 470, 479, 487, № 7, maddələr 596, 614, № 10, maddə 881, № 11, maddə 981, № 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, № 1, maddə 3, № 2, maddə 50, № 3, maddə 194, № 4, maddə 271, № 5, maddə 404, № 6, maddə 499, № 7, maddələr 649, 665, 667, № 9, maddə 843, № 11, maddələr 1046, 1047, 1055, 1064, 1069; 2013, № 1, maddələr 12, 13, 23, № 2, maddələr 90, 100; Azərbaycan Respublikasının 2013-cü il 1 fevral tarixli 549-IVQD nömrəli, 15 fevral tarixli 563-IVQD nömrəli, 22 fevral tarixli 568-IVQD, 570-IVQD, 575-IVQD nömrəli, 5 aprel tarixli 594-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
30.1-ci maddədə “on beş gün” sözləri “üç ay” sözləri ilə əvəz edilsin.
38-1-ci maddədə “on beş günədək” sözləri “iki ayadək” sözləri ilə əvəz edilsin.
68-1-ci maddədə “on beş günədək” sözləri “iki ayadək” sözləri ilə əvəz edilsin.
69-cu maddədə “on beş günədək” sözləri “bir ayadək” sözləri ilə əvəz edilsin.
152.4-cü maddədə “on beş günədək” sözləri “bir ayadək müddətə” sözləri ilə əvəz edilsin.
152-1-ci maddədə:
152-1.3-cü maddədə “on” sözündən sonra “beş” sözü əlavə edilsin;
152-1.4-cü maddədə “on beş günədək” sözləri “on beş gündən bir ayadək müddətə” sözləri ilə əvəz edilsin.
152-2-ci maddədə:
152-2.1-ci maddədə “beş günədək” sözləri “on beş günədək müddətə” sözləri ilə əvəz edilsin;
152-2.2-ci maddədə “beş gündən on günədək” sözləri “on beş gündən bir ayadək müddətə” sözləri ilə əvəz edilsin;
152-2.3-cü maddədə “on beş günədək” sözləri “bir aydan iki ayadək müddətə” sözləri ilə əvəz edilsin.
296-cı maddədə “pozan və ya” sözləri “pozan,” sözü ilə əvəz edilsin.
296-1-ci maddədə:
296-1.1-ci maddədə “beş gündən on günədək” sözləri “on beş gündən bir ayadək müddətə” sözləri ilə əvəz edilsin;
296-1.2-ci maddədə “on gündən on beş günədək” sözləri “bir aydan iki ayadək müddətə” sözləri ilə əvəz edilsin.
298-ci maddə üzrə:
298.1-ci maddədə “on beş günədək” sözləri “iki ayadək müddətə” sözləri ilə əvəz edilsin;
298.2-ci maddədə “on beş günədək” sözləri “iki ayadək müddətə” sözləri ilə əvəz edilsin.
310-cu maddə üzrə:
310.1-ci maddədə “on beş günədək” sözləri “bir ayadək” sözləri ilə əvəz edilsin;
310.2-ci maddədə “on beş günədək” sözləri “bir ayadək” sözləri ilə əvəz edilsin.
313-1.1-ci maddədə “on günədək” sözləri “bir ayadək müddətə” sözləri ilə əvəz edilsin.
313-2-ci maddədə:
313-2.1-ci maddədə “qərarın” sözü “səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının” sözləri ilə əvəz edilsin;
aşağıdakı məzmunda 313-2.1-1-ci maddə əlavə edilsin:
“313-2.1-1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -
yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur.”;
313-2.3-cü maddədə “on beş günədək” sözləri “üç ayadək müddətə” sözləri ilə əvəz edilsin;
Qeyd hissəsinin 1-ci bəndində “313-2.1-ci maddəsində” sözləri “313-2.1-ci və ya 313-2.1-1-ci maddələrində” sözləri ilə, 2.1-ci bəndində “həftədə iki dəfə və daha çox” sözləri “bir dəfədən çox” sözləri ilə əvəz edilsin.
Məcəlləyə aşağıdakı məzmunda 442.1-1-ci maddə əlavə edilsin:
“442.1-1. Məhkəmələr tərəfindən baxılan inzibati xətalara dair işlər üzrə inzibati cərimə tətbiq edilməsi barədə qərarlar bu Məcəllənin 443, 444, 445.1, 446, 447.3, 448, 451.1-1, 451.6-1, 451.6-2 və 451.6-3-cü maddələrinin tələbləri nəzərə alınmaqla “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq icra olunur.”.
446.1.6-cı maddədə “313-2.1,” rəqəmlərindən sonra “313-2.1-1,” rəqəmləri əlavə edilsin.
451-ci maddədə:
451.1-ci maddədə “qərar” sözü “səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı” sözləri ilə əvəz edilsin;
aşağıdakı məzmunda 451.1-1-ci maddə əlavə edilsin:
“451.1-1. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 444-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirə salmanın müddəti bitdikdən on gündən gec olmayaraq inzibati xəta törətmiş şəxs tərəfindən ödənilməlidir.”;
451.4-cü maddədən “hakim,”, 451.4.2-ci maddənin ikinci hissəsinin ikinci cümləsindən və 451.5-ci maddədən “hakimə,” sözləri çıxarılsın;
aşağıdakı məzmunda 451.6-1, 451.6-2 və 451.6-3-cü maddələr əlavə edilsin:
“451.6-1. Bu Məcəllənin 451.1-1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı məcburi icraya yönəldilir.
451.6-2. Fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 313-2.1-ci və ya 313-2.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir.
451.6-3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 451.6-2-ci maddəsində göstərilən müddətlərdə aşkar edildikdə bu Məcəllənin 313-2.1-ci və ya 313-2.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 may 2013-cü il.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 584; 2001, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr, 699, 701, 711, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 12, maddələr 953, 954, 966, 971; 2010, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483, № 7, maddələr 577, 591, 594, 595, 598, 600, № 10, maddə 838, № 11, maddələr 936, 938, 949, № 12, maddə 1059; 2011, № 2, maddələr 70, 71, № 3, maddələr 162, 164, 167, 168, 170, № 4, maddələr 246, 254, № 6, maddələr 470, 479, 487, № 7, maddələr 596, 614, № 10, maddə 881, № 11, maddə 981, № 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, № 1, maddə 3, № 2, maddə 50, № 3, maddə 194, № 4, maddə 271, № 5, maddə 404, № 6, maddə 499, № 7, maddələr 649, 665, 667, № 9, maddə 843, №11, maddələr 1046, 1047, 1055, 1064, 1069; 2013, №1, maddələr 12, 13, 23; Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 526-IVQD nömrəli, 28 dekabr tarixli 539-IVQD nömrəli, 2013-cü il 1 fevral tarixli 549-IVQD nömrəli, 15 fevral tarixli 563-IVQD nömrəli, 22 fevral tarixli 570-IVQD və 575-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 154.4-cü maddə ləğv edilsin.
2. 266.2-ci maddədə “itirilməsinə və ya” sözləri çıxarılsın.
3. 331-ci maddənin adında və mətnində “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin,” və “Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın və” sözləri çıxarılsın.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2013-cü il.


Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 584; 2001, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr, 699, 701, 711, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 12, maddələr 953, 954, 966, 971; 2010, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483, № 7, maddələr 577, 591, 594, 595, 598, 600, № 10, maddə 838, № 11, maddələr 936, 938, 949, № 12, maddə 1059; 2011, № 2, maddələr 70, 71, № 3, maddələr 162, 164, 167, 168, 170, № 4, maddələr 246 və 254, № 6, maddələr 470, 479, 487, № 7, maddələr 596, 614, № 10, maddə 881, № 11, maddə 981, № 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, № 1, maddə 3, № 2, maddə 50, № 3, maddə 194, № 4, maddə 271, № 5, maddə 404, № 6, maddə 499, № 7, maddələr 649, 665, 667; Azərbaycan Respublikasının 29 iyun tarixli 416-IVQD nömrəli qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 28.3-cü maddədə “151.2-ci, 151.3-cü, 151.3-1-ci, 151-1.2-ci, 151-1.3-cü, 152-1.1-ci, 152-1.2-ci, 155.3-cü, 156-cı və 158-1.3-cü maddələrində müəyyən edilmiş” sözləri “151.4-cü maddəsində göstərilən” sözləri ilə əvəz edilsin.
1.2. 69-cu maddədə “otuz beş manatdan qırx” sözləri “əlli manatdan səksən” sözləri ilə əvəz edilsin.
1.3. 104.3-cü maddədə “iyirmi” sözü “əlli” sözü ilə əvəz edilsin.
1.4. 151.1-ci maddə üzrə:
1.4.1. “avtomagistralda və ya” və “piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, həmin piyada keçidinə daxil olmuş və ya daxil olmaqda olan piyadaya sürücü tərəfindən nəqliyyat vasitəsini dayandıraraq yol verilməməsinə,” sözləri çıxarılsın;
1.4.2. “iyirmi” sözü “qırx” sözü ilə əvəz edilsin.
1.5. 151.2-ci maddədə “qırx” sözü “altmış” sözü ilə əvəz edilsin.
1.6. 151.3-cü maddədə “altmış” sözü “səksən” sözü ilə əvəz edilsin.
1.7. Aşağıdakı məzmunda 151.3-2-ci maddə əlavə edilsin:
“151-3.2. Avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsinə, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsinə, geriyə dönməyə, geriyə hərəkət etməyə və sürmə təlimi keçməyə görə -
yüz manat miqdarında cərimə edilir.”.
1.8. 151.4-cü maddədə “, 158-1.2-ci” sözü çıxarılsın, “151.3-1-ci,” sözündən sonra “151.3-2-ci,” sözü, “151-1.3-cü,” sözündən sonra “151-1.4-cü,” sözü əlavə edilsin.
1.9. 151.5-ci maddədə “151.1-151.3-1-ci və 151-1-ci” sözləri “151.1-151.3-2-ci, 151-1-ci və 151-3-cü” sözləri ilə əvəz edilsin, “və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına” sözləri çıxarılsın.
1.10. 151-ci maddənin “Qeyd” hissəsinin 1-ci bəndində “151.3-1-ci,” sözündən sonra “151.3-2-ci, 151-1.4-cü,” sözləri əlavə edilsin, “, 152-1.1-ci, 152-1.2-ci, 156-cı maddələrində nəzərdə tutulmuş xətalar 6 balla” sözləri çıxarılsın.
1.11. 151-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 151-1. Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma
151-1.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə -otuz manat miqdarında cərimə edilir.
151-1.2. Yolda müəyyən edilmiş hərəkət sürətini 20-40 km/saat həddində aşmağa görə -əlli manat miqdarında cərimə edilir.
151-1.3. Yolda müəyyən edilmiş hərəkət sürətini 40-60 km/saat həddində aşmağa görə -yüz əlli manat miqdarında cərimə edilir.
151-1.4. Yolda müəyyən edilmiş hərəkət sürətini 60 km/saat həddindən artıq aşmağa görə -iki yüz əlli manat miqdarında cərimə edilir.”.
1.12. 151-2.1-ci maddədə “iyirmi” sözü “qırx” sözü ilə əvəz edilsin.
1.13. Aşağıdakı məzmunda 151-3-cü maddə əlavə edilsin:
“Maddə 151-3. Piyada keçidində piyadaya yol verilməməsi
Piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, həmin piyada keçidinə daxil olmuş və ya daxil olmaqda olan piyadaya sürücü tərəfindən nəqliyyat vasitəsini dayandıraraq yol verilməməsinə görə -əlli manat miqdarında cərimə edilir.”.
1.14. 152-1-ci maddə üzrə:
1.14.1. 152-1.1-ci maddədə “yüz əlli manat miqdarında cərimə edilir” sözləri “üç yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır” sözləri ilə əvəz edilsin;
1.14.2. 152-1.2-ci maddədə “iki yüz manat miqdarında cərimə edilir” sözləri “nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla dörd yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir” sözləri ilə əvəz edilsin;
1.14.3. 152-1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“152-1.3. Bu Məcəllənin 152-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla dörd yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur.”;
1.14.4. 152-1.4-cü maddədə “və ya 152-1.2-ci” sözləri “, 152-1.2-ci və ya 152-1.3-cü” sözləri ilə, “üç yüz” sözləri “yeddi yüz” sözləri ilə əvəz edilsin.
1.15. 152-2-ci maddə üzrə:
1.15.1. 152-2.1-ci maddədə “iki yüz əlli manat miqdarında cərimə edilir” sözləri “beş yüz manat miqdarında cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla beş günədək inzibati həbs tətbiq olunur” sözləri ilə əvəz edilsin;
1.15.2. 152-2.2-ci maddədə “üç yüz əlli” sözləri “yeddi yüz” sözləri ilə əvəz edilsin və “on günədək” sözlərindən əvvəl “beş gündən” sözləri əlavə edilsin;
1.15.3. 152-2.3-cü maddədə “dörd yüz əlli” sözləri “səkkiz yüz” sözləri ilə əvəz edilsin.
1.16. 153-cü maddə üzrə:
1.16.1. 153.1-ci maddədə “on” sözü “iyirmi” sözü ilə əvəz edilsin;
1.16.2. 153.2-ci maddədə “on” sözü “otuz” sözü ilə əvəz edilsin.
1.17. 154.1-ci maddədə “fiziki şəxslər otuz manat miqdarında, vəzifəli şəxslər yetmiş manat miqdarında” sözləri “fiziki şəxslər əlli manat miqdarında, vəzifəli şəxslər yüz manat miqdarında, hüquqi şəxslər üç yüz manat miqdarında” sözləri ilə əvəz edilsin.
1.18. 155-ci maddə üzrə:
1.18.1. 155.1-ci maddədə “iyirmi” sözü “qırx” sözü ilə əvəz edilsin;
1.18.2. 155.2-ci maddədə “otuz” sözü “əlli” sözü ilə əvəz edilsin;
1.18.3. 155.4-cü maddədə “və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına” sözləri çıxarılsın, “altmış” sözü “iki yüz” sözləri ilə əvəz edilsin.
1.19. 156-cı maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 156. Sərxoşluq vəziyyətinin müayinəsindən boyun qaçırma
156.1. Qanunla müəyyən edilmiş hallarda aparılması nəzərdə tutulan sərxoşluq vəziyyətinin müayinəsindən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin boyun qaçırmasına görə -nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla üç yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur.
156.2. Qanunla müəyyən edilmiş hallarda aparılması nəzərdə tutulan sərxoşluq vəziyyətinin müayinəsindən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin boyun qaçırmasına görə - beş yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.”.
1.20. 158.3-cü maddədə “yüz iyirmi” sözləri “iki yüz əlli” sözləri ilə əvəz edilsin.
1.21. 167-ci maddədə “on manatdan iyirmi” sözləri “qırx manatdan əlli” sözləri ilə əvəz edilsin.
1.22. 235-ci maddədə “on manatdan otuz manatadək miqdarda” sözləri “səksən manat miqdarında” sözləri ilə əvəz edilsin.
1.23. 296-1-ci maddə üzrə:
1.23.1. 296-1.1-ci maddədə “bir ilədək müddətə” sözləri (hər iki halda) “bir il müddətinə” sözləri ilə əvəz edilsin və “on günədək” sözlərindən əvvəl “beş gündən” sözləri əlavə edilsin;
1.23.2. 296-1.2-ci maddədə “bir ildən iki ilədək müddətə” sözləri (hər iki halda) “iki il müddətinə” sözləri ilə əvəz edilsin və “on beş günədək” sözlərindən əvvəl “on gündən” sözləri əlavə edilsin.
1.24. 306-cı maddədə “on manatdan on beş” sözləri “otuz manatdan əlli” sözləri ilə əvəz edilsin.
1.25. 308-ci maddədə “otuz beş manatdan qırx” sözləri “səksən manatdan yüz” sözləri ilə əvəz edilsin.
1.26. 310.1-ci maddədə “iyirmi manatdan iyirmi beş manatadək miqdarda” sözləri “iki yüz manat miqdarında” sözləri ilə əvəz edilsin.
1.27. 327.1-ci maddədə “beş manatdan on beş manatadək miqdarda” sözləri “otuz manat miqdarında” sözləri ilə əvəz edilsin.
1.28. 328-ci maddədə “on beş manatdan iyirmi manatadək miqdarda” sözləri “yüz manat miqdarında” sözləri ilə əvəz edilsin.
1.29. 329-cu maddədə “üç manatdan beş manatadək miqdarda” sözləri “iyirmi manat miqdarında” sözləri ilə əvəz edilsin.
1.30. 331-ci maddədə “on beş manatdan iyirmi beş manatadək miqdarda” sözləri “otuz manat miqdarında” sözləri ilə əvəz edilsin.
1.31. 341-ci maddədə “səkkiz manatdan on manatadək miqdarda” sözləri “qırx manat miqdarında” sözləri ilə əvəz edilsin.
1.32. 344-cü maddədə “xəbərdarlıq edilir və ya on manatdan iyirmi” sözləri “qırx manatdan altmış” sözləri ilə əvəz edilsin.
1.33. 345-ci maddədə “iyirmi beş manatdan otuz” sözləri “əlli manatdan yetmiş” sözləri ilə əvəz edilsin.
1.34. 346-cı maddə üzrə:
1.34.1. 346.1-ci maddədə “iyirmi beş manatdan otuz beş” sözləri “əlli manatdan yetmiş” sözləri ilə əvəz edilsin;
1.34.2. 346.2-ci maddədə “otuz manatdan qırx” sözləri “səksən manatdan yüz” sözləri ilə əvəz edilsin.
1.35. 347-ci maddədə “on manatdan iyirmi beş” sözləri “səksən manatdan yüz” sözləri ilə əvəz edilsin.
1.36. 348-ci maddədə “on beş manatdan iyirmi” sözləri “otuz manatdan əlli” sözləri ilə əvəz edilsin.
1.37. 360.1-ci maddədə “152-1.4, 152-2.2, 152-2.3” rəqəmləri “152-1, 152-2” rəqəmləri ilə əvəz edilsin, “155.7,” rəqəmlərindən sonra “156,” rəqəmləri əlavə edilsin.
1.38. 410-1.1-ci maddədə “151.3-1,” rəqəmlərindən sonra “151.3-2,” rəqəmləri, “151-1.3” rəqəmlərindən sonra “, 151-1.4,” rəqəmləri əlavə edilsin.
Maddə 2. Qanunun qüvvəyə minməsi
2.1. Bu Qanunun 1.3-cü maddəsi 2013-cü il martın 1-dən qüvvəyə minir.
2.2. Bu Qanunun digər müddəaları dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 noyabr 2012-ci il.


Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 584; 2001, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr 699, 701, 711, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 12, maddələr 953, 954, 966, 971; 2010, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483, № 7, maddələr 577, 591, 594, 595, 598, 600, № 10, maddə 838, № 11, maddələr 936, 938, 949, № 12, maddə 1059; 2011, № 2, maddələr 70, 71, № 3, maddələr 162, 164, 167, 168, 170, № 4, maddələr 246 və 254, № 6, maddələr 470, 479, 487, № 7, maddələr 596, 614, № 10, maddə 881, № 11, maddə 981, № 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, № 1, maddə 3, № 2, maddə 50, № 3, maddə 194, № 4, maddə 271, № 5, maddə 404, № 6, maddə 499, № 7, maddələr 649, 665, 667; Azərbaycan Respublikasının 29 iyun tarixli 416-IVQD nömrəli qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 23.1.5–1-ci maddə əlavə edilsin:
“23.1.5–1. ictimai işlər; ”.
2. 25.5-ci maddədə “üç” sözü “beş” sözü ilə əvəz edilsin.
3. Aşağıdakı məzmunda 28–1-ci maddə əlavə edilsin:
“Maddə 28–1. İctimai işlər
28–1.1. İctimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28–1.2. İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz.
28–1.3. İctimai işlər aşağıdakı şəxslərə tətbiq oluna bilməz:
28–1.3.1. birinci və ikinci qrup əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara;
28–1.3.2. hamilə qadınlara;
28–1.3.3. himayəsində səkkiz yaşınadək uşağı olan qadınlara;
28–1.3.4. pensiya yaşına çatmış qadın və kişilərə;
28–1.3.5. hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara.”.

4. 31.1-ci maddədə “inzibati cərimə” sözlərindən sonra “, ictimai işlər” sözləri əlavə edilsin.
5. 49-cu maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“fiziki şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan altı min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.”.
6. 159–1-ci maddə ləğv edilsin.
7. Aşağıdakı məzmunda 313–2-ci maddə əlavə edilsin:
“Maddə 313–2.  İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi
313–2.1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -
yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur.
313–2.2. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -
nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
313–2.3. İctimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə -
on beş günədək inzibati həbs tətbiq olunur.
Qeyd:
1. Bu Məcəllənin 313–2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 313–2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur.
2. Bu Məcəllənin 313–2.3-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə aşağıdakılar başa düşülür:
2.1. üzrsüz səbəbdən həftədə iki dəfə və daha çox ictimai işə çıxmamaq;
2.2. həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq;
2.3. ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək.”.
8. 298-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 298. Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması
298.1. Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə -
fiziki şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya on beş günədək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər üç min manatdan altı min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.
298.2. Qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə -
üç yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya on beş günədək inzibati həbs tətbiq olunur.
Qeyd: Bu Məcəllənin 298.1-ci və 298.2-ci maddələrində nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, həmin əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.”.
9. 360.1-ci maddədə “159–1” rəqəmi çıxarılsın və “296–1,” rəqəmindən sonra “298,” rəqəmi əlavə edilsin.
10. 371.5-ci maddədə “və ya Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma” sözləri “, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma və ya ictimai işlər” sözləri ilə əvəz edilsin.
11. 398.1.1-ci maddədə “tabe olmadıqda,” sözlərindən sonra “yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qaydasını pozduqda, ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda,” sözləri əlavə edilsin.
12. 410–1.9-cu və 456.4-cü maddələrdə “159–1-ci” sözü “313–2.2-ci” sözü ilə əvəz edilsin.
13. 446.1.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“446.1.4. Bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olduqda;”.
14. Aşağıdakı məzmunda 446.1.5-ci və 446.1.6-cı maddələr əlavə edilsin:
“446.1.5. ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası zamanı bu Məcəllənin 28–1.3-cü maddəsində nəzərdə tutulmuş hallar yarandıqda;
446.1.6. barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 313–2.1, 313–2.2 və ya 313–2.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə.”.
15. Aşağıdakı məzmunda 456–1-ci maddə əlavə edilsin:
“Maddə 456–1.
İctimai işlər haqqında qərarın icrası
456–1.1. İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir.
456–1.2. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs icra məmurunun icraata başlamaq haqqında qərar qəbul etdiyi gündən sonra ən geci on gün müddətində ictimai işlərin çəkilməsinə cəlb olunur.
456–1.3. İcra məmuru, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxslərin qeydiyyatını aparır, onlara ictimai işlərin icrasının qayda və şərtlərini izah edir, müvafiq icra hakimiyyəti orqanı ilə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısını razılaşdırır, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxslərin davranışına nəzarət edir, onların işləmiş olduğu vaxtın uçotunu aparır.
456–1.4. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxslər ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və məhkəmənin qərarında müəyyən olunmuş müddətdə işləməli və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidirlər.
456–1.5. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsə əsas iş yerində növbəti məzuniyyətin verilməsi ictimai işlər növündə inzibati tənbehin icrasını dayandırmır.
456–1.6. İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası zamanı bu Məcəllənin 28–1.3-cü maddəsində nəzərdə tutulmuş hallar yarandıqda, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs və ya onun qanuni nümayəndəsi qərarın icra edilməsinə xitam verilməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər.
456–1.7. İctimai işlər növündə inzibati tənbehin müddəti saatla hesablanır.
456–1.8. İctimai işlər növündə inzibati tənbehin müddəti həftə ərzində on iki saatdan az olmayaraq müəyyən edilir. İctimai işlər növündə inzibati tənbehin müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü və barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında dörd saatdan, iş günlərində isə iki saatdan, məhkumun razılığı ilə isə dörd saatdan çox ola bilməz. Üzrlü səbəblər olduqda, icra məmuru məhkuma həftə ərzində müəyyən olunmuş vaxtdan az işləməyə icazə verir.
456–1.9. İctimai işlər növündə inzibati tənbehin icrası zamanı işəgötürən, barəsində bu tənbeh növü tətbiq edilən şəxslər üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edir, onların işlədikləri saatların uçotunu aparır və ictimai işlərin yerinə yetirilməsindən boyun qaçırma halları barədə icra məmuruna məlumat verir.
456–1.10. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsi qaydalarını pozduqda, icra məmuru ona məsuliyyət daşıyacağı barədə rəsmi xəbərdarlıq edir.
456–1.11. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda, icra məmuru bu Məcəllənin 313–2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir.”.
Maddə 2. Bu Qanun 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 noyabr 2012-ci il.


Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
   
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 584; 2001, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr 699, 701, 711, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047,1049; 2009, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 12, maddələr 953, 954, 966, 971; 2010, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483, № 7, maddələr 577, 591, 594, 595, 598, 600, № 10, maddə 838, № 11, maddələr 936, 938, 949, № 12, maddə 1059; 2011, № 02, maddələr 70, 71, № 03, maddələr 162, 164, 168, 170, № 04, maddələr 246, 254, № 6, maddələr 470, 479, 487, № 7, maddələr 596, 614, № 10, maddə 881, № 11, maddə 981, № 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, № 1, maddə 3, № 2, maddə 50, № 3, maddə 194; Azərbaycan Respublikasının 2012-ci il 14 fevral tarixli 298-IVQD nömrəli və 6 aprel tarixli 322-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
104-cü maddə üzrə:
1.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:
“İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması”;
1.2. aşağıdakı məzmunda 104.3-cü və 104.4-cü maddələr əlavə edilsin:
“104.3. Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə -
fiziki şəxslər iyirmi manat miqdarında, vəzifəli şəxslər yüz manat miqdarında, hüquqi şəxslər beş yüz manat miqdarında cərimə edilir.
104.4. Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə -
vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir.”;
2. 153.1.2-ci maddə ləğv edilsin;
3. aşağıdakı məzmunda 153.1-1-ci maddə əlavə edilsin:
“153.1-1. Piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmir yol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə -iyirmi manat miqdarında cərimə edilir.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyun 2012-ci il.


Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
   
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 584; 2001, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr, 699, 701, 711, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 12, maddələr 953, 954, 966, 971; 2010, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483, № 7, maddələr 577, 591, 594, 595, 598, 600, № 10, maddə 838, № 11, maddələr 936, 938, 949, № 12, maddə 1059; 2011, № 2, maddələr 70, 71, № 3, maddələr 162, 164, 167,168, 170, № 4, maddələr 246, 254, № 6, maddələr 470, 479, 487, № 7, maddələr 596, 614, № 10, maddə 881, № 11 maddə 981, Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 238-IVQD, 239-IVQD, 244-IVQD, 248-IVQD, 251-IVQD nömrəli, 13 dekabr tarixli 268-IVQD nömrəli, 30 dekabr tarixli 285-IVQD nömrəli, 2012-ci il 14 fevral tarixli 300-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 28.3-cü maddədə “151.3-cü” sözündən sonra “151.3-1-ci, 151-1.2-ci, 151-1.3-cü,” sözləri əlavə edilsin, “və 156-cı” sözləri “, 156-cı və 158-1.3-cü” sözləri ilə, “10” rəqəmləri “12” rəqəmləri ilə əvəz edilsin.
2. 151.1-ci maddə üzrə:
2.1. “Yolda müəyyən edilmiş hərəkət sürətinin 10-30 km/saat həddində aşılmasına, yol” sözləri “Yol” sözü ilə əvəz edilsin;
2.2. “dayanma və ya durma,”, “işıq cihazlarından, səs siqnallarından, təhlükəsizlik kəmərlərindən və ya motodəbilqələrdən istifadə,”, “ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına,” sözləri çıxarılsın;
2.3. “on beş manatdan iyirmi manatadək miqdarda” sözləri “iyirmi manat miqdarında” sözləri ilə əvəz edilsin.
3. 151.2-ci maddə üzrə:
3.1. “Yolda müəyyən edilmiş hərəkət sürətinin 30-60 km/saat həddində aşılmasına, svetoforun” sözləri “Svetoforun” sözü ilə əvəz edilsin;
3.2. “, 3.2 “Hərəkət qadağandır” yol nişanları” sözləri “yol nişanı” sözləri ilə əvəz edilsin;
3.3. “əks istiqamətli nəqliyyat axınlarının hərəkət zolağına keçilməsinə” sözləri “sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə” sözləri ilə əvəz edilsin;
3.4. “iyirmi manatdan qırx manatadək miqdarda” sözləri “qırx manat miqdarında” sözləri ilə əvəz edilsin.
4. 151.3-cü maddə üzrə:
4.1. “Yolda müəyyən edilmiş hərəkət sürətinin 60 km/saat həddindən artıq aşılmasına, dəmiryol” sözləri “Dəmiryol” sözü ilə əvəz edilsin;
4.2. “ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırılmasına,” sözləri çıxarılsın;
4.3. “qırx manatdan altmış manatadək miqdarda” sözləri “altmış manat miqdarında” sözləri ilə əvəz edilsin.
5. Aşağıdakı məzmunda 151.3-1-ci maddə əlavə edilsin:
“151.3-1. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə -
yüz manat miqdarında cərimə edilir.”.
6. 151.4-cü maddədə “151.3-cü,” sözündən sonra “151.3-1-ci, 151-1.2-ci, 151-1.3-cü,” sözləri əlavə edilsin, “və 156-cı” sözləri “, 156-cı, 158-1.2-ci və 158-1.3-cü” sözləri ilə, “10” rəqəmi “12” rəqəmi ilə əvəz edilsin.
7. 151.5-ci maddədə “151.1-151.3-cü” sözləri “151.1-151.3-1-ci və 151-1-ci” sözləri ilə, “yüz manatdan yüz qırx manatadək miqdarda” sözləri “iki yüz manat miqdarında” sözləri ilə əvəz edilsin.
8. 151-ci maddənin “Qeyd” hissəsinin 1-ci bəndində “Bu Məcəllənin” sözlərindən sonra “151-1.2-ci maddəsində nəzərdə tutulmuş xətalar 2 balla,” sözləri əlavə edilsin, “151.2-ci maddəsində” sözləri “151.2-ci və 151-1.3-cü maddələrində” sözləri ilə, “155.3-cü” sözü ”151.3-1-ci, 155.3-cü və 158-1.3-cü” sözləri ilə, “5 balla” sözləri “6 balla” sözləri ilə əvəz edilsin.
9. Aşağıdakı məzmunda 151-1-ci və 151-2-ci maddələr əlavə edilsin:
“Maddə 151-1. Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma
151-1.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-30 km/saat həddində aşmağa görə – iyirmi manat miqdarında cərimə edilir.
151-1.2. Yolda müəyyən edilmiş hərəkət sürətini 30-60 km/saat həddində aşmağa görə –yüz manat miqdarında cərimə edilir.
151-1.3. Yolda müəyyən edilmiş hərəkət sürətini 60 km/saat həddindən artıq aşmağa görə –yüz əlli manat miqdarında cərimə edilir.
Maddə 151-2. Təhlükəsizlik kəmərlərindən, motodəbilqələrdən,işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması
151-2.1. Motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri motosikletdə daşımağa görə - iyirmi manat miqdarında cərimə edilir.
151-2.2. İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə - otuz manat miqdarında cərimə edilir.
151-2.3. Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə -qırx manat miqdarında cərimə edilir.”.
10. 152.2-ci maddədə “altmış manat” sözləri “yüz manat” sözləri ilə əvəz edilsin.
11. 152.3-cü maddədə “152.1-ci və ya 152.2-ci maddələrində nəzərdə tutulmuş xətaların” sözləri “152.2-ci maddəsində nəzərdə tutulmuş xətanın” sözləri ilə əvəz edilsin və “səksən manatdan yüz manatadək miqdarda” sözləri “iki yüz manat miqdarında” sözləri ilə əvəz edilsin.
12. 152.4-cü maddədə “152.1-ci və ya 152.2-ci maddələrində nəzərdə tutulmuş xətalar” sözləri “152.2-ci maddəsində nəzərdə tutulmuş xəta” sözləri ilə əvəz edilsin və “yüz qırx manatdan yüz səksən manatadək miqdarda” sözləri “dörd yüz manat miqdarında” sözləri ilə əvəz edilsin.
13. 152-1-ci maddə üzrə:
13.1. 152-1.1-ci maddədə “səksən manatdan yüz manatadək miqdarda” sözləri “yüz əlli manat miqdarında” sözləri ilə əvəz edilsin;
13.2. 152-1.2-ci maddədə “yüz iyirmi manatdan yüz əlli manatadək miqdarda” sözləri “iki yüz manat miqdarında” sözləri ilə əvəz edilsin;
13.3. 152-1.3-cü maddədə “10” rəqəmi “12”rəqəmi ilə əvəz edilsin
13.4. 152-1.4-cü maddədə “yüz yetmiş manatdan iki yüz manatadək miqdarda” sözləri “üç yüz manat miqdarında” sözləri ilə əvəz edilsin.
14. 152-2-ci maddə üzrə:
14.1. 152-2.1-ci maddədə “yüz əlli manatdan iki yüz manatadək miqdarda” sözləri “iki yüz əlli manat miqdarında” sözləri ilə əvəz edilsin;
14.2. 152-2.2-ci maddədə “iki yüz manatdan üç yüz manatadək miqdarda” sözləri “üç yüz əlli manat miqdarında” sözləri ilə əvəz edilsin;
14.3. 152-2.3-cü maddədə “üç yüz manatdan dörd yüz manatadək miqdarda” sözləri “dörd yüz əlli manat miqdarında” sözləri ilə əvəz edilsin.
15. 152-3-cü maddə üzrə:
15.1. 152-3.1-ci maddədə "qırx manatdan altmış manatadək miqdarda" sözləri "altmış manat miqdarında" sözləri ilə, "yüz əlli manatdan iki yüz manatadək miqdarda" sözləri "iki yüz manat miqdarında" sözləri ilə, "min beş yüz manatdan iki min manatadək miqdarda" sözləri "iki min manat miqdarında" sözləri ilə əvəz edilsin;
15.2. 152-3.2-ci maddədə "səksən manatdan yüz manatadək miqdarda" sözləri "yüz manat miqdarında" sözləri ilə, "iki yüz əlli manatdan üç yüz manatadək miqdarda" sözləri "üç yüz manat miqdarında" sözləri ilə, "iki min beş yüz manatdan üç min manatadək miqdarda" sözləri "üç min manat miqdarında" sözləri ilə əvəz edilsin;
15.3. 152-3.3-cü maddədə "yüz qırx manatdan yüz səksən manatadək miqdarda" sözləri "yüz səksən manat miqdarında" sözləri ilə, "dörd yüz manatdan beş yüz manatadək miqdarda" sözləri "beş yüz manat miqdarında" sözləri ilə, "dörd min manatdan beş min manatadək miqdarda" sözləri "beş min manat miqdarında" sözləri ilə əvəz edilsin.
16. 152-4-cü maddə üzrə:
16.1. 152-4.1-ci maddədə "səksən manatdan yüz manatadək miqdarda" sözləri "yüz manat miqdarında" sözləri ilə, "iki yüz əlli manatdan üç yüz manatadək miqdarda" sözləri "üç yüz manat miqdarında" sözləri ilə, "iki min beş yüz manatdan üç min manatadək miqdarda" sözləri "üç min manat miqdarında" sözləri ilə əvəz edilsin;
16.2. 152-4.2-ci maddədə "yüz əlli manatdan iki yüz manatadək miqdarda" sözləri "iki yüz manat miqdarında" sözləri ilə, "üç yüz manatdan dörd yüz manatadək miqdarda" sözləri "dörd yüz manat miqdarında" sözləri ilə, "üç min manatdan dörd min manatadək miqdarda" sözləri "dörd min manat miqdarında" sözləri ilə əvəz edilsin;
16.3. 152-4.3-cü maddədə "iki yüz manatdan üç yüz manatadək miqdarda" sözləri "üç yüz manat miqdarında" sözləri ilə, "beş yüz manatdan altı yüz manatadək miqdarda" sözləri "altı yüz manat miqdarında" sözləri ilə, "beş min manatdan altı min manatadək miqdarda" sözləri "altı min manat miqdarında" sözləri ilə əvəz edilsin.
17. 152-5-ci maddə üzrə:
17.1. 152-5.1-ci maddədə "yüz əlli manatdan iki yüz manatadək miqdarda" sözləri "iki yüz manat miqdarında" sözləri ilə, "üç yüz əlli manatdan dörd yüz manatadək miqdarda" sözləri "dörd yüz manat miqdarında" sözləri ilə, "üç min beş yüz manatdan dörd min manatadək miqdarda" sözləri "dörd min manat miqdarında" sözləri ilə əvəz edilsin;
17.2. 152-5.2-ci maddədə "iki yüz manatdan üç yüz manatadək miqdarda" sözləri "üç yüz manat miqdarında" sözləri ilə, "beş yüz manatdan altı yüz manatadək miqdarda" sözləri "altı yüz manat miqdarında" sözləri ilə, "beş min manatdan altı min manatadək miqdarda" sözləri "altı min manat miqdarında" sözləri ilə əvəz edilsin;
17.3. 152-5.3-cü maddədə "üç yüz manatdan dörd yüz manatadək miqdarda" sözləri "dörd yüz manat miqdarında" sözləri ilə, "yeddi yüz manatdan səkkiz yüz manatadək miqdarda" sözləri "səkkiz yüz manat miqdarında" sözləri ilə, "yeddi min manatdan səkkiz min manatadək miqdarda" sözləri "səkkiz min manat miqdarında" sözləri ilə əvəz edilsin.
18. 153-cü maddə üzrə:
18.1. 153.2-ci maddədə "altı manatdan on manatadək miqdarda" sözləri "on manat miqdarında" sözləri ilə əvəz edilsin;
18.2. 153.3-cü maddədə "iyirmi manatdan qırx manatadək miqdarda" sözləri "qırx manat miqdarında" sözləri ilə əvəz edilsin;
18.3. 153.4-cü maddədə "iyirmi manatdan qırx manatadək miqdarda" sözləri "qırx manat miqdarında" sözləri ilə əvəz edilsin;
18.4. 153.5-ci maddədə "əlli manatdan yetmiş manatadək miqdarda" sözləri "yetmiş manat miqdarında" sözləri ilə əvəz edilsin.
19. 154-cü maddə üzrə:
19.1. 154.1-ci maddədə “vasitəsinin dövlət qeydiyyatından və texniki baxışdan keçirməməyə” sözləri “vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə” sözləri ilə, "qırx manatdan yetmiş manatadək miqdarda" sözləri "yetmiş manat miqdarında" sözləri ilə əvəz edilsin;
19.2. 154.4-cü maddədə "otuz manatdan qırx manatadək miqdarda" sözləri "qırx manat miqdarında" sözləri ilə əvəz edilsin;
19.3. maddəyə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd:
Şəxs bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda 10 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.”.
20. 155-ci maddə üzrə:
20.1. 155.1-ci maddədə "on manatdan iyirmi manatadək miqdarda" sözləri "iyirmi manat miqdarında" sözləri ilə əvəz edilsin;
20.2. 155.2.3-cü maddədə “və ya habelə” sözləri “, yaxud” sözü ilə əvəz edilsin, 155.2-ci maddənin sanksiyasında "iyirmi manatdan otuz manatadək miqdarda" sözləri "otuz manat miqdarında" sözləri ilə əvəz edilsin;
20.3. 155.3-cü maddədə "qırx manatdan altmış manatadək miqdarda" sözləri "altmış manat miqdarında" sözləri ilə əvəz edilsin;
20.4. 155.4-cü maddədə "qırx manatdan altmış manatadək miqdarda" sözləri "altmış manat miqdarında" sözləri ilə əvəz edilsin;
20.5. 155.7-ci maddədə “habelə” sözündən sonra “nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan,” sözləri əlavə edilsin, “qırx manatdan altmış manatadək” sözləri “səksən manatdan yüz manatadək” sözləri ilə əvəz edilsin.
21. 156-cı maddədə “yetmiş” sözü “yüz əlli” sözləri ilə əvəz edilsin.
22. 156-1-ci maddədə “on manatdan otuz manatadək miqdarda” sözləri “otuz manat miqdarında” sözləri ilə əvəz edilsin.
23. 158-ci maddə üzrə:
23.1. 158.1-ci maddə çıxarılsın;
23.2. 158.2-ci maddədə "qırx manatdan altmış manatadək miqdarda" sözləri "altmış manat miqdarında" sözləri ilə, "yüz manatdan yüz əlli manatadək miqdarda" sözləri "yüz əlli manat miqdarında" sözləri ilə əvəz edilsin;
23.3. 158.3-cü maddədə "yüz manatdan yüz iyirmi manatadək miqdarda" sözləri "yüz iyirmi manat miqdarında" sözləri ilə əvəz edilsin.
24. Aşağıdakı məzmunda 158-1-ci maddə əlavə edilsin:
“Maddə 158-1. Dayanma, durma və parklanma qaydalarının pozulması
158-1.1. Dayanma, durma və ya parklanma qaydalarını pozmağa görə -iyirmi manat miqdarında cərimə edilir.
158-1.2. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə -qırx manat miqdarında cərimə edilir.
158-1.3. Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə -altmış manat miqdarında cərimə edilir.
25. 159-cu maddədə " yetmiş manatdan yüz manatadək miqdarda" sözləri "yüz manat miqdarında" sözləri ilə, "üç yüz manatdan beş yüz manatadək miqdarda" sözləri "beş yüz manat miqdarında" sözləri ilə, "üç min manatdan beş min manatadək miqdarda" sözləri "beş min manat miqdarında" sözləri ilə əvəz edilsin.
26. 159-1-ci maddədə:
26.1. “altı ay müddətinə” sözləri “altı aydan bir ilədək müddətə” sözləri ilə əvəz edilsin;
26.2. aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd:
Bu Məcəllənin 159-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı, inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur.”.
27. Aşağıdakı məzmunda 314-1-ci maddə əlavə edilsin:
“Maddə 314-1.
İnzibati xətalar haqqında işlər üzrə sənədi qəbul etməkdən imtina və ya onu çatdırmama
314-1.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının, yaxud onun işlədiyi yer üzrə müdiriyyətin vəzifəli şəxslərinin bu Məcəllədə müəyyən edilmiş hallarda bildirişi və ya inzibati xətalar haqqında işlər üzrə digər sənədləri ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtina etməsinə görə -iyirmi manatdan otuz manatadək miqdarda cərimə edilir.”.
314-1.2. Bu Məcəllədə müəyyən edilmiş hallarda bildirişin və ya inzibati xətalar haqqında işlər üzrə digər sənədlərin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının, yaxud onun işlədiyi yer üzrə müdiriyyətin vəzifəli şəxsləri və ya sənədin çatdırılması tapşırılmış digər şəxslər tərəfindən səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırmamasına görə -
otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.”.
28. Aşağıdakı məzmunda 370-1 – 370-4-cü maddələr əlavə edilsin:
“Maddə 370-1. İnzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi
370-1.1. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər.
370-1.2. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir.
370-1.3. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir.
370-1.4. Sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir.
370-1.5. İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir:
370-1.5.1. bu Məcəllənin 370-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan;
370-1.5.2. bu Məcəllənin 370-1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda:
370-1.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan;
370-1.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan;
370-1.5.3. bu Məcəllənin 407.3-1-ci maddəsində nəzərdə tutulmuş halda nəqliyyat vasitəsinin istifadəçisinə verildiyi vaxtdan.
Maddə 370-2. Qəbzin məzmunu
370-2.0. Bu Məcəllənin 370-1.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir:
370-2.0.1. inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı;
370-2.0.2. sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan;
370-2.0.3. verilən sənədin adı;
370-2.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri;
370-2.0.5. sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair);
370-2.0.6. sənədin verildiyi şəxs;
370-2.0.7. sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası.
Maddə 370-3. İnzibati xəta haqqında iş üzrə sənədi qəbul etməkdən imtina
370-3.1. İnzibati xəta haqqında işlər üzrə sənədin ünvanlandığı şəxs və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri qanuni əsas olmadan sənədi qəbul etməkdən imtina edərsə, sənəd verildiyi ünvanda qalmalıdır. Bu halda sənəd rəsmi qaydada verilmiş hesab olunur.
370-3.2. Ünvan sahibi və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri bildirişi qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs bildirişdə müvafiq qeydlər etdikdən sonra həmin bildirişi onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Bu halda bildiriş rəsmi qaydada verilmiş hesab olunur.
370-3.3. Bildirişin ünvan sahibi tərəfindən qəbul edilməsindən imtina barədə qeyd onun yaşayış yeri üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir.
370-3.4. Bildirişin ünvanlandığı şəxs tərəfindən həmin sənədi qəbul etməkdən imtina edilməsi işə baxılması və ya ayrı-ayrı prosessual hərəkətlərin həyata keçirilməsi üçün maneə deyildir.
Maddə 370-4.
Bildirişlər
370-4.1. Hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar.
370-4.2. Bildirişdə aşağıdakılar göstərilməlidir:
370-4.2.1. məhkəmənin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) adı, ünvanı və əlaqə üçün məlumatlar (telefon, faks, elektron poçt ünvanı və sair);
370-4.2.2. gəlmə vaxtı (tarix və saat) və yeri;
370-4.2.3. xəbər verilən, yaxud məhkəməyə, səlahiyyətli orqana çağırılan şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı;
370-4.2.4. xəbər verilən, yaxud məhkəməyə, səlahiyyətli orqana çağırılan şəxsin ünvanı və ya hüquqi şəxsin yerləşdiyi ünvan;
370-4.2.5. ünvan sahibinin kim qismində xəbərdar edilməsi və ya çağırılması;
370-4.2.6. ünvan sahibinin xəbərdar edildiyi, yaxud çağırıldığı işin adı;
370-4.2.7. işdə iştirak edən şəxslərə iş üzrə onlarda olan bütün sübutların təqdim edilməsinə dair təklif;
370-4.2.8. ünvan sahibinin olmadığı təqdirdə bildirişi qəbul edən şəxsin imkan olan kimi onu ünvan sahibinə vermək vəzifəsinə dair qeyd;
370-4.2.9. bildirişi qəbul etməkdən imtinaya və ya onun ünvan sahibinə çatdırmamasına görə qanunla məsuliyyət nəzərdə tutulduğu barədə qeyd;
370-4.2.10. xəbər verilən və ya çağırılan şəxsin məhkəməyə və ya səlahiyyətli orqana gəlməməsinin nəticələri və gəlməmənin səbəbləri barədə məlumat vermək vəzifəsinə dair qeyd.
370-4.3. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir.
370-4.4. Bildiriş bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçıları bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də şəxsə əlavə məlumat verə bilərlər.”.
29. Aşağıdakı məzmunda 407.3-1-ci maddə əlavə edilsin:
“407.3-1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədləri ünvan sahibinə onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmaması və onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin olmaması səbəbindən 10 gün ərzində bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmadıqda, həmin sənədlərin surətinin verilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilir. Bu halda saxlanılmış nəqliyyat vasitəsinin istifadəçisinə həmin sənədlərin surəti təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılır.”.
30. 410.1.7-1-ci maddədə “texniki nəzarət etmə vasitələrindən” sözləri “xüsusi texniki vasitələrdən” sözləri ilə əvəz edilsin, “göstəriciləri” sözündən sonra “, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar” sözləri əlavə edilsin.
31. Aşağıdakı məzmunda 410-1-ci maddə əlavə edilsin:
“Maddə 410-1
. İnzibati xəta haqqında protokolun inzibati xəta törətmiş şəxsin iştirakı olmadan tərtib edilməsi
410-1.1. Bu Məcəllənin 151.2, 151.3-1, 151-1.2, 151-1.3 və 158-1.3-cü maddələrində nəzərdə tutulmuş xətalar avtomatik rejimdə işləyən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, inzibati xəta haqqında protokol həmin xətanı törətmiş şəxsin iştirakı olmadan “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd formasında xətanın törədildiyi gün tərtib edilir və elektron imza ilə təsdiqlənir.
410-1.2. Bu Məcəllənin 410-1.1-ci maddəsində nəzərdə tutulmuş halda inzibati xəta haqqında protokol müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsi icarə müqaviləsi və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi) barəsində tərtib edilir. Hüquqi şəxsə məxsus olan və sərnişin və ya yük daşıma xidmətləri göstərən nəqliyyat vasitəsi tərəfindən törədilən xəta avtomatik rejimdə işləyən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə edən şəxs barədə məlumatlar sorğu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim edilir.
410-1.3. İnzibati xəta haqqında protokolda bu Məcəllənin 410.1-ci maddəsində nəzərdə tutulmuş məlumatlar qeyd olunmaqla, protokola inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən foto və ya video materiallar əlavə olunmalıdır.
410-1.4. Bu Məcəllənin 410-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti və ona əlavə edilmiş materiallar nəqliyyat vasitəsinin istifadəçisinə xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Protokolun əlavə edildiyi müşayiət məktubunda şəxsə inzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı, həmçinin bu Məcəllənin 410-1.6-cı və 410-1.7-ci maddələri barədə məlumat verilir.
410-1.5. Bu Məcəllənin 158-1.1-ci və ya 158-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsində olmadığı və nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılması mümkün olmadığı hallarda da inzibati xəta törətmiş şəxsin iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib edilir. Bu halda inzibati xəta haqqında protokol müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminin məlumatı əsasında müəyyən edilmiş nəqliyyat vasitəsinin istifadəçisi barədə foto və ya video çəkiliş aparılmaqla tərtib edilir. İnzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən foto və ya video materiallar əlavə olunmaqla həmin protokolun bir surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur, bir surəti isə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir.
410-1.6. Barəsində bu Məcəllənin 410-1.1-ci və ya 410-1.5-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs, həmin protokol ona rəsmi qaydada verildiyi və ya bu Məcəllənin 410-1.5-ci maddəsində nəzərdə tutulmuş qaydada protokolu aldığı vaxtdan 10 gün müddətində səlahiyyətli orqana inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması barədə vəsatətlə müraciət edə bilər. Vəsatət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Vəsatətdə göstərilən məlumatlar təsdiq olunarsa, iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin haqqında olan iş üzrə icraata xitam verilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Vəsatət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını vəsatətdə göstərə bilər.
410-1.7. İnzibati xəta törətmiş şəxsin iştirakı olmadan tərtib edilmiş protokol rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində bu Məcəllənin 410-1.6-cı maddəsində nəzərdə tutulmuş vəsatət verilmədikdə və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işin baxılmasında iştirak etmək üçün gəlmədikdə səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edir.
410-1.8. Sürücünün əvvəllər törətdiyi və avtomatik rejimdə işləyən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq törədilmiş belə xətalara dərhal yerində baxılmasını tələb etmək qadağandır.
410-1.9. Bu Məcəllənin 159-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün bu Məcəllənin 370-1—370-4-cü maddələrində nəzərdə tutulmuş qaydada çağırıldıqda və gəlməkdən qəsdən boyun qaçırdıqda, inzibati xəta haqqında protokol inzibati xəta törətmiş şəxsin iştirakı olmadan tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilir.”.
32. 432.1-ci maddədə “, təqdim edildiyi və ya alındığı gündən” sözləri “bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan” sözləri ilə əvəz edilsin.
33. 447.1-ci maddədə “İnzibati” sözü “Bu Məcəllənin 23.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh istisna olmaqla, digər inzibati” sözləri ilə əvəz edilsin.
34. Aşağıdakı məzmunda 456.4-cü maddə əlavə edilsin:
“456.4. Nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs barəsində bu Məcəllənin 159-1-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edildikdə sonuncu qərara əsasən nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti əvvəlki qərara əsasən təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması müddətinin son günündən etibarən hesablanmağa başlayır.”

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 aprel 2012-ci il.


Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
   

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 584; 2001, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr 699, 701, 711, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 12, maddələr 953, 954, 966, 971; 2010, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483, № 7, maddələr 577, 591, 594, 595, 598, 600, № 10, maddə 838, № 11, maddələr 936, 938, 949, № 12, maddə 1059; 2011, № 2, maddələr 70, 71, № 3, maddələr 162, 164, 167, 168, 170, № 4, maddə 254, № 6, maddələr 470, 479, 487, № 7, maddələr 596, 614; Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 203-IVQD nömrəli qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 163.0.13-cü maddə ləğv edilsin.
2. Aşağıdakı məzmunda 163-1-ci maddə əlavə edilsin:
“Maddə 163-1. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması
163-1.1. Hüquqi şəxslərə məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə -
vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir.
163-1.2. Bu maddənin 163-1.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, hüquqi şəxs tərəfindən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə -
vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir.
163-1.3. Bu maddənin 163-1.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxs tərəfindən ona məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə -
altı yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə edilir.
163-1.4. Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -
fiziki şəxslərin nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min manatdan min iki yüz manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslər min səkkiz yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər beş min beş yüz manatdan altı min manatadək miqdarda cərimə edilir.”.
3. 360.1-ci maddədə “159-1,” rəqəmlərindən sonra “163-1.4” rəqəmləri əlavə edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 dekabr 2011-ci il.



Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
   
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 584; 2001, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr, 699, 701, 711, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 12, maddələr 953, 954, 966, 971; 2010, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483, № 7, maddələr 577, 591, 594, 595, 598, 600, № 10, maddə 838, № 11, maddələr 936, 938, 949, № 12, maddə 1059; 2011, № 2, maddələr 70, 71, № 3, maddələr 162, 164, 167, 168, 170, № 4, maddələr 246, 254, № 6, maddələr 470, 479, 487, № 7, maddələr 596, 614; Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 203-IVQD nömrəli qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 151.2-ci maddədən “ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırılmasına,” sözləri çıxarılsın;
2. 151.3-cü maddədə “törədilməsinə,” sözündən sonra “ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırılmasına,” sözləri əlavə edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 noyabr 2011-ci il.





Çap et  Çap et
generated 0.017286777496338 seconds