Məlumatlar 22 may 2017-ci il

IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar paytaxtın bəzi küçə və yollarında tətbiq olunan məhdudiyyətlərin bitməsi ilə bağlı Baş DYP İdarəsinin müraciəti

2015-ci il yol-nəqliyyat hadisələrinin təhlili

Hesabat dövrü ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində keçirilmiş profilaktik  tədbirlər nətiicəsində ümumilikdə qəzalığın vəziyyəti nəzarətdə saxlanılmışdır. Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş müvafiq tədbirlər respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına müsbət təsiri olmuşdur. Belə ki, ötən il ərzində respublika ərazisində 2220 YNH-i qeydə alınmış, nəticədə 894 nəfər həlak olmuş, 2265 nəfər yaralanmışdır. 2014-cü illə müqayisədə YNH-nin sayı 415 fakt  (15,7 %), həlak olanların sayı 230 nəfər (20,5 %), yaralananların sayı isə 411 nəfər (15,4 %) azalmışdır.

 

DİN Baş DYP İdarəsinin Yol Patrul Xidməti Alayının xidmət ərazisində (Respublika əhəmiyyətli yollarda) hesabat dövründə 257 YNH-i qeydə alınmış, nəticədə 289 nəfər həlak olmuş, 119 nəfər yaralanmışdır. 2014-cü illə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 47 fakt (15,5 %), 29 Nəfər (9,4 %) və 72 nəfər (37,2 %) azalmışdır.

Bakı şəhəri ərazisində 797 YNH-i qeydə alınmış, bunların nəticəsində 229 nəfər həlak olmuş, 850 nəfər yaralanmışdır. 2014-cü illə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 104 fakt (11,5 %), 84 nəfər (26,8 %), 44 Nəfər (4,9 %) azalmışdır.

Respublika üzrə qeydə alınmış YNH-nin 94,5 %-i (2098) sürücülərin YHQ pozmaları, o cümlədən 36,9 %-i (821) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 27,4 %-i (609) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 9,5 %-i (212) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,4 %-i (53) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. YNH-nin 41,6 %-Ni (923) piyadaların vurulması təşkil etmiş, nəticədə 333 piyada həlak olmuş, 673-ü yaralanmışdır. 65 YNH-i piyadaların YHQ pozmaları nəticəsində baş vermişdir. Respublika üzrə qeydə alınmış YNH-i nəticəsində 71 nəfər uşaq və yeniyetmə həlak olmuş, 212 nəfər yaralanmışdır. Ümumiyyətlə qeydə alınmış YNH-i nəticəsində həlak olmuş 894 nəfərdən 726-nı kişilər, 168-ni qadinlar, xəsarət almış 2265 nəfərdən isə 1652-ni kişilər, 613-nü qadinlar təşkil etmişlər.

  2015-ci ildə respublika ərazisində 14 nəfərin həlak olması, 39 nəfərin yaranlanması ilə nəticələnmiş 53 YNH-i bağlı qalmışdır.
  • 2015-ci il yol-nəqliyyat hadisələrinin təhlili