"Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin, Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarə-etmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlan-ması qaydalarının və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası
Nazirlər Kabineti
Qərar № 115
Bakı şəhəri, 11may 2012-ci il

"Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin, Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarə-etmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlan-ması qaydalarının və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 242-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 dekabr tarixli 551 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1."Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin, Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanması qay-dalarının və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 197; 2003, № 6, maddə 342; 2006, № 9, maddə 822, №11, maddə 989; 2008, № 2, maddələr 116, 125, № 9, maddə 853, № 10, maddə 928; 2009, № 6, maddə 491; 2010, № 8, maddə 764; 2011, № 6, maddə 566; 2012, № 1,maddə 36) aşağıdakı dəyişikliklər edilsin:
1.1.qərarın adından ", Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanması qaydalarının" sözləri çıxarılsın;
1.2. 2-ci hissə ləğv edilsin;
1.3.həmin qərarla təsdiq edilmiş "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1.3.1. aşağıdakı məzmunda 1.2-1-ci bənd əlavə edilsin:
"1.2-1. Sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşa bilər və ya nəqliyyat vasitələri sürücülərinin hazırlanması kursunda hazırlıq keçə bilər. "A1", "A" və "B" kateqoriyalarına aid nəqliyyat vasitələri istisna olmaqla, digər kateqoriyalara aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursunda hazırlıq keçməlidir.";
1.3.2. 2.6-cı bəndin birinci abzasının üçüncü cümləsində "mexaniki nəqliyyat vasitəsinin" sözlərindən sonra "istehsal tarixi beş ildən artıq olmamalıdır və onun" sözləri əlavə edilsin;
1.4. həmin qərarla təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1.4.1. aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilsin:
"1.7. Bu Əsasnamədə nəzərdə tutulmuş dövlət rüsumu yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilə bilər.";
1.4.2. 2.2-ci bənddə "A1", "A", "B", "C", "D", "BE", "CE" və "DE" kateqoriyalarına" sözləri "C", "D", "BE", "CE" və "DE" kateqoriyalarına" sözləri ilə əvəz edilsin;
1.4.3. 2.10-cu bəndin birinci cümləsində "buraxıla bilərlər" sözləri "buraxılırlar" sözü ilə əvəz edilsin və ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşmış şəxslər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə bu Əsasnamənin 3.9-1-ci bəndində nəzərdə tutulmuş qaydada müraciət etdikdən sonra 3 (üç) gün müddətində yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılırlar.";
1.4.4. 2.11-ci bəndin birinci abzasında "yenidən" sözü "müvafiq" sözü ilə, ikinci abzasında "C" və ya "BC", yaxud "CE" kateqoriyalarına" sözləri "C" və ya "CE" kateqoriyalarına" sözləri ilə əvəz edilsin, üçüncü abzasından "yenidən" sözü çıxarılsın;
1.4.5. 3.9-cu bəndin ikinci cümləsi çıxarılsın;
1.4.6. aşağıdakı məzmunda 3.9-1-ci, 3.9-2-ci və 3.9-3-cü bəndlər əlavə edilsin:
"3.9-1. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə bu Əsasnamənin 3.10-cu bəndində göstərilən sənədləri bilavasitə və ya onların skan edilmiş surətlərini internet vasitəsilə təqdim edir (göndərir). Sənədlərin bilavasitə qəbulu və verilməsinin interaktiv şəkildə əks etdirən monitorlar vasitəsilə müşahidə edilməsi imkanı yaradılır. Sənədlərin skan edilmiş surətlərinin həqiqiliyi sürücülük vəsiqəsini verən orqanın vəzifəli şəxsində şübhə yaratdıqda, müvafiq sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından istifadə edilir, bu mümkün olmadığı halda müraciət etmiş şəxslərdən həmin sənədlərin əsli tələb edilir.
3.9-2. Sənədlər "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olduqda, müraciət etmiş şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə məlumat verilir. Sənədlər göstərilən tələblərə uyğun olmadıqda, müraciət etmiş şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunur. Şəxs yaşadığı və ya olduğu ərazi üzrə imtahan-qeydiyyat məntəqəsində imtahan vermək hüququna malikdir.
3.9-3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet informasiya ehtiyatında yaradılmış elektron xidmət bölməsində imtahanın qəbulu və sürücülük vəsiqəsinin verilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin (ərizə və digər) elektron formasının yerləşdirilməsi, habelə sənədlərin elektron formada qəbul edilməsi təmin edilir. Müraciət etmiş şəxslərin qəbul edilməsi ardıcıllığının tənzimlənməsi üçün "Elektron növbə" idarəetmə sistemi vasitəsilə həmin şəxslərin növbəsi müəyyən edilir.";
1.4.7. 3.10-cu bənd ("Qeyd" hissəsi istisna olmaqla) aşağıdakı redaksiyada verilsin:
"3.10. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir:
3.10.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
3.10.2. müstəqil hazırlıq keçən şəxslər istisna olmaqla, digər şəxslər üçün müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi (şəhadətnamə, diplomun surəti, semestr-imtahan cədvəllərindən çıxarış və ya diploma əlavə);
3.10.3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş formada tibbi arayış;
3.10.4. sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə dövlət rüsumunun ödənilməsi barədə qəbz.";
1.4.8. 3.12-ci bəndin birinci cümləsi çıxarılsın, ikinci cümləsində "Bir dəfə" sözləri "İki dəfə" sözləri ilə əvəz edilsin;
1.4.9. 3.15-ci bənddə "bir gün" sözləri "30 dəqiqə" sözləri ilə əvəz edilsin;
1.4.10. Əsasnaməyə 3 nömrəli əlavə üzrə:
1.4.10.1. 1.1-ci və 1.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
"1.1. Yol hərəkəti qaydaları üzrə nəzəri imtahan informasiya-kommunikasiya texnologiyaları vasitəsilə qəbul edilir.
1.2. İmtahan prosesinin interaktiv şəkildə əks etdirən monitorlar, o cümlədən imtahan zalında quraşdırılan videokameralar vasitəsilə müşahidə edilməsi imkanı yaradılır.";
1.4.10.2. 2.2-ci bəndin birinci və ikinci abzaslarında "biletləri" sözü "sualları" sözü ilə əvəz edilsin, üçüncü abzasının birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Hər bir namizədə 10 sual verilir.";
1.4.10.3. 2.3-cü bəndin birinci abzasında "biletlər" sözü "suallar" sözü ilə, ikinci abzasında "tərtib edilmiş biletlər ilə" sözləri "hazırlanmış suallara əsasən" sözləri ilə əvəz edilsin;
1.4.10.4. 3.1-ci bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin:
"İmtahan verənin şəxsiyyəti onun şəxsiyyət vəsiqəsi və ya şəxsiyyətini təsdiq edən digər sənədi əsasında müəyyənləşdirilir.";
1.4.10.5. 3.2-ci bəndin birinci abzasının birinci cümləsi çıxarılsın;
1.4.10.6. 3.3-cü bəndin birinci abzası ləğv edilsin, ikinci abzası aşağıdakı redaksiyada verilsin:
"İmtahanların nəticələri informasiya-kommunikasiya texnologiyaları vasitəsilə müəyyən edilir.";
1.4.10.7. 3.4-cü bənddə "Kompüterlər və ya imtahan aparatlarının köməyi ilə nəzəri imtahan" sözləri "İmtahan" sözü ilə əvəz edilsin;
1.4.11. Əsasnamənin 4 nömrəli əlavəsinə aşağıdakı məzmunda 1.3-cü bənd əlavə edilsin:
"1.3. Nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanların qəbulunda növbələri istisna edəcək sayda və imtahan verilən gün istehsal tarixi beş ildən artıq olmayan nəqliyyat vasitələrindən istifadə edilməlidir.".