Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

Saytın əsas versiyası

DİN Baş DYP İdarəsinin müraciəti

12.03.2021
Respublikanın əksər bölgələrində hava şəraitinin dəyişərək temperaturun enməsini, ayrı-ayrı rayonlarda, habelə paytaxt Bakıda yağış, qar yağması nəticəsində meydana gələ biləcək yol qəzalarının qarşısının alınması məqsədilə, Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi bir daha sürücülərə son dərəcə diqqətli və ehtiyatlı olmağı, qəfil tormozlama aparmamağı, nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər az istifadə etmələrini, ara məsafəsini və hərəkət sürətini şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmamağı, qəfil manevrlər etməməyi, piyadalara isə asfalt örtüyünün yaş olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alıb yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələrini, yolun hərəkət hissəsi ilə piyada getməmələrini tövsiyə edir.

Hazırda Baki-Quba-Rusiya sərhədi yolunun 85-ci km-dən başlayaraq, həmçinin Gəndob-Yalama yolunda, Bakı-Şamaxı-Yexlax yolununun 48-ci km-dən başlayaraq, həmçinin Ağsu aşırımında qar yağır, yolların hərəkət hissəsində qar və bəzi yerlərdə buzlaşma var, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun isə 400-cü km-dən başlayaraq qar yağır, hərəkət var.

Odur ki, qeyd olunan istiqamətlərdə hər iki oxu aparıcı olan, qış şinləri ilə təchiz olunmuş nəqliyyat vasitələrindən istifadə edilməsi, eyni zamanda qarlı hava şəraitində və buzlu yollarda avtomobili idarə etmək bacarığı olmayanların yola çıxmaması xahiş olunur.